Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Parlament 2025 ci ilin büdcəsində dəyişikliyə HAZIRLAŞIR? AÇIQLAMA

Parlament 2025 ci ilin büdcəsində dəyişikliyə HAZIRLAŞIR? AÇIQLAMA

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Hər il olduğu kimi, bu ilin may ayında da Milli Məclisdə dövlət büdcəsinə dəyişiklik və əlavələrlə bağlı məsələnin gündəliyə salınması ehtimalı müzakirə edilir. Xüsusilə qlobal neft bazarında baş verən son dalğalanmalar və yeni beynəlxalq proqnozlar bu müzakirələri daha da aktuallaşdırır.

Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozuna görə, yaxın illərdə neftin qiymətində stabillik hökm sürəcək və 2030-cu ilə qədər 70 ABŞ dollarından aşağı düşməyəcək. Proqnozlara əsasən, Azərbaycan neftinin orta illik qiyməti 2025-ci ildə 78,6 dollar, 2026-cı ildə 73,5 dollar, 2027-ci ildə 71,6 dollar, 2028-ci ildə 70,6 dollar, 2029-cu ildə 72 dollar, 2030-cu ildə isə 73,4 dollar səviyyəsində olacaq.

Qeyd edək ki, 2024-cü il üzrə dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407,6 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu, ötən illə müqayisədə gəlirlərdə 5,4 faiz, xərclərdə isə 4,2 faiz artım deməkdir. Azərbaycan hökuməti 2025-ci ilin dövlət büdcəsi layihəsini hazırlayarkən, neftin bir barelinin qiymətini ehtiyatlı şəkildə 70 dollar səviyyəsində götürüb

Bütün bu amillər fonunda cari ilin büdcəsində də dəyişikliklərin edilməsi ehtimalı yüksəlir. İndidən Milli Məclisin müvafiq komitələrinin və plenar iclaslarının gündəliyinə bu məsələnin daxil edilib-edilməyəcəyi maraqla gözlənilir.

Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, hazırda neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulandan çox da aşağı qiymətə deyil:

“Qiymət az aşağı düşüb. Amma dövlət büdcəsində neftin qiyməti plus, minuslar nəzərə alınmaqla hazırlanıb. Neftin indiki qiyməti büdcəyə hər hansı bir təhlükə gətirəcək kritik həddə deyil”.

A.Badamov bu baxımdan may ayında dövlət büdcəsinə yenidən  baxılmasının aktual olmadığını düşünür. “Bu, mənim subyektiv fikrimdir”.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qeyd edib ki, büdəcəyə əlavə və dəyişiklilər adətən neftin bazar qiymətinin yüksək olduğu və büdəcəyə daxilolmaların proqnozlaşdırılandan çox olduğu illərdə həyata keçirilir:

“Biz bəzi illərdə büdcəyə əlavə dəyişikliklərin edilməsini müşahidə etmişik. Bununla bağlı da təbii ki, Milli Məclis tərəfindən qanun qəbul edilib və cənab Prezident tərəfindən təsdiq olunub. 2025-ci ilin büdcəsinə əlavə dəyişikliklərin edilməsi ilə bağlı hələlik, təbii ki, hər hansı müzakirələr aparılmayıb. Hökumətdə bu istiqamətdə müzakirələrin aparılması ilə bağlı da açıqlamalar yoxdur. Neftin dünya bazarında qiymətində müəyyən azalmalar müşahidə olunur. Neftin qiyməti 2025-ci ilin büdcəsində nəzərdə tutulandan hazırda aşağıdır. Biz ilk üç ayın orta göstəricisinə baxsaq, bu rəqəm 77 dollar idi. Güman olunur ki, yarım il ərzində orta göstərici təxminən 70 dollar olacaq”.

Deputat vurğulayıb ki, neftin bazar qiyməti proqnozlaşdırılandan az olsa belə bu dövlət büdcəsinin xərcləri ilə bağlı hər hansı bir çətinlik və narahatçılıq formalaşdırmır:

"Çünki Mərkəzi Bankın da hesablamalarına görə neftin dünya bazar qiymətinin illik olaraq 10 dollar aşağı olması dövlət büdcəsinə 300 milyon daha az daxilolmaya gətirib çıxaracaq. Bu kontekstdən təbii ki, hələlik hökumətdə bu istiqamətdə müzakirələr yoxdur. Neftin dünya bazar qiyməti aşağı olsa belə bu, büdcə gəlirlərində hər hansı çətinlik yaratmır. Büdcə xərcləmələrində də hər hansı problemin olacağı proqnozlaşdırılmır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see536

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see390

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see359

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see311

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see296

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see291

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see269

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see266

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see263

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see249

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see244

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see244

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see242

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see225

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see220

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see210

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see199

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see185

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri