Icma.az
close
up
RU
Parlament binasının yerləşdiyi ərazi mitinq iştirakçılarından təmizlənib YENİLƏNİB 2

Parlament binasının yerləşdiyi ərazi mitinq iştirakçılarından təmizlənib YENİLƏNİB 2

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rustaveli prospektinin parlament binasının yerləşdiyi hissəsi mitinq iştirakçılarından tamamilə azad edilib.

APA xəbər verir ki, xüsusi təyinatlılar Çiçinadze və Çitadze küçələrini də aksiya iştirakçılarından təmizləyib.

Mitinq iştirakçıları Aleksandrovi bağına doğru hərəkət ediblər və onların bir hissəsi metronun Rustaveli stansiyası istiqamətinə hərəkət edib. Parlamentin qarşısındakı ərazi xüsusi təyinatlılar tərəfindən tamamilə zəbt edilib.

Xüsusi təyinatlılar bir müddət əvvəl Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.

***

22:31

Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları Tbilisidə etirazçıları parlament binasından uzaqlaşdırmağa başlayıb.

APA xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb.

Məlumata görə etirazçıları dağılışmağa səsləyən xəbərdarlıq sirenası səslənir. Xüsusi təyinatlılar Azadlıq meydanından Rustaveli prospekti istiqamətində hərəkətə keçib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına üç tərəfdən yaxınlaşaraq, onları yarımmühasirəyə alıblar. Polis aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından da istifadə edir.

***

20:42

Gürcüstanın paytaxtı Tbilisidə kaçirilən son parlament seçkilərinin əleyhinə etiraz aksiyaları yenidən başlayıb.

APA xəbər verir ki, ötən ayın 28-dən müxaliət tərəfindən başladılan aksiyalar bu gün də davam edir. Aksiyaçılar parlament binası yaxınlığında toplaşmağa başlayıblar.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiya iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməyə başlayıblar.

Hazırda etirazçıların Parlament binasından uzaqlaşdığı və yalnız Rustaveli prospektində dayandıqları bildirilir.

Batumidə, Avropa Meydanında da etiraz aksiyasının yenidən başladığı bildirilir. Gənclər Gürcüstanın və Avropa İttifaqının bayraqlarını açıblar.

Aksiya iştirakçıları öz ölkələrinin Avropa gələcəyi üçün mübarizəni davam etdirəcəklərini bildiriblər.

Qorinin mərkəzində də etiraz aksiyası keçirilir. Bu dəqiqələrdə toplaşanlar şəhərin küçələri ilə yürüşə başlayıblar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://apa.az
archiveBu xəbər 02 Dekabr 2024 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri