Icma.az
close
up
RU
Parlament komitələrinin birgə iclasında 2025ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib AZƏRTAC

Parlament komitələrinin birgə iclasında 2025ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, iclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

İclası açan Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov bildirib ki, son illərdə ölkəmiz geosiyasətdə böyük uğurlar əldə etməklə yanaşı, sosial-iqtisadi inkişaf baxımından da mühüm irəliləyişlərə nail olub. On ayın məlumatına əsasən, ÜDM-in 4,9 faiz artması çox böyük nailiyyətdir. ÜDM böyüdükcə orada faiz artımı mütləq rəqəmlərlə daha böyük həcmləri əks etdirir.

Ziyafət Əsgərov bildirib ki, 2025-ci ilin dövlət büdcəsində sosialyönümlü xərclər üçün cari illə müqayisədə 8,8 faiz artıq vəsait nəzərdə tutulur. Milli Məclis sədrinin müavini qeyd edib ki, təhsil xərclərinin də cari ilə nəzərən 9 faizə yaxın artması müsbət haldır. O qeyd edib ki dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsaitin 2 milyarda çatması və əlavə olaraq İcbari Tibbi Sığorta Fondunun gəlirləri bu sahədə problemlərin həllində kifayət qədər imkanları artırır.

Onun sözlərinə görə, müdafiə və milli təhlükəsizliyə ayrılan vəsaitin 8,4 milyard manata çatdırılması nəzərdə tutulur ki, bu da cari ilə nisbətən 1,3 milyard manat çox deməkdir.

Cari ilin çağırışları, ölkədə dünya əhəmiyyətli tədbir olan COP29-un keçirilməsi fonunda növbəti ildə ətraf mühitin mühafizəsinə önəm verilməsi çox diqqətəlayiqdir. Qlobal təhdidə çevrilən ətraf mühitin çirklənməsi və iqlim dəyişiklikləri məsələləri ölkəmiz üçün də daim nəzarət tələb etdiyindən 2024-cü illə müqayisədə bu sahəyə ayrılan vəsaitin 11 faizə yaxın artırılması müsbət hadisə kimi xarakterizə olunmalıdır.

Sonra iclasda maliyyə naziri Samir Şərifov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib.

O, 2025-ci il dövlət və icmal büdcələrinin layihələrinin, həmçinin növbəti üç il üçün icmal büdcənin əsas göstəricilərinin Azərbaycan Prezidenti tərəfindən Milli Məclisə təqdim olunduğunu bildirib. Deyib ki, bununla yanaşı, Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Nağdsız hesablaşmalar haqqında” qanunlarda və digər qanunvericilik aktlarında dəyişikliklərin edilməsi barədə layihələr də büdcə zərfinin tərkib hissəsi olaraq Milli Məclisə daxil olub.

Büdcə layihəsi hazırlanarkən Prezident İlham Əliyevin əsas prioritetlər kimi ölkəmizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin gücləndirilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası, həmin ərazilərə “Böyük Qayıdış“ın təmin edilməsi kimi ümdə çağırışları, habelə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası üzrə vəzifələr əsas götürülüb.

Qeyd olunub ki, 2025-ci ilin dövlət və icmal büdcələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyi tərəfindən təqdim olunmuş baza proqnozu əsas götürülərək, ölkədə ÜDM-in artım tempi 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in artım tempi 4,9 faiz, orta illik inflyasiya 4,6 faiz, xam neftin 1 barrelinin qiyməti 70 ABŞ dolları, təbii qazın 1 min kubmetr ixrac qiyməti 242 ABŞ dolları, manatın məzənnəsi isə 1 dollar üçün 1,7 manat səviyyəsində qəbul edilib.

Bildirilib ki, 2025-ci ilin dövlət büdcəsinin xərcləri 41368 milyon manat nəzərdə tutulur, bu da 2024-cü illə müqayisədə 1625,3 milyon manat və ya 4,1 faiz çoxdur.

Növbəti il üçün azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması və bərpası, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədilə 4 milyard manat vəsait nəzərdə tutulub. Eyni zamanda, müdafiə və milli təhlükəsizliklə bağlı xərclərə 8396,0 milyon manat məbləğində vəsait nəzərdə tutulub. Cari illə müqayisədə bu, 17,8 faiz artım deməkdir.

Büdcə xərclərinin strukturunda cari xərclər 60,1 faiz və ya 24845,2 milyon manat, əsaslı xərclər 34,1 faiz və ya 14122,8 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,8 faiz və ya 2399,6 milyon manat təşkil edəcək.

Növbəti ilin dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 795,0 milyon manat nəzərdə tutulur, büdcənin yerli xərcləri 800,3 milyon manat məbləğində proqnozlaşdırılır.

Layihəyə əsasən, 2025-ci il üçün dövlət büdcəsinin gəlirləri 38316,0 milyon manat proqnozlaşdırılır. 2025-ci il üçün dövlət büdcəsi kəsirinin yuxarı həddi 3051,6 milyon manat məbləğində nəzərdə tutulub. Dövlət büdcəsi kəsirinin ÜDM-də xüsusi çəkisi 2,4 faiz təşkil edəcək.

Gələn il üçün icmal büdcəsinin gəlirləri 43910,5 milyon manat, xərcləri 47589,4 milyon manat proqnozlaşdırılır, icmal büdcənin kəsiri isə 3679,0 milyon manat təşkil edəcək.

Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsi layihəsinə dair Palatanın rəyini səsləndirib. O, büdcə parametrlərini formalaşdıran makroiqtisadi proqnozlar, habelə büdcə parametrlərinin layihələndirildiyi dövrdə ölkədə makroiqtisadi meyllər barədə söhbət açıb. Büdcə zərfinə daxil edilən sənəd və göstəricilərin “Büdcə sistemi haqqında” Qanuna, büdcə zərfinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olduğunu, büdcə sənədləşməsinin beynəlxalq təcrübəyə əsaslandığını deyib.

Palata sədri fiskal risklər, icmal büdcənin təhlili, ortamüddətli büdcə planlaşdırılması ilə bağlı qeydlərini diqqətə çatdırıb.

Daha sonra çıxış edən ombudsmanın Səbinə Əliyeva körpə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən vəsaitin artırılması, orta məktəblərin və digər uşaq müəssisələrinin qış mövsümündə isidilməsi üçün vəsaitin artırılması, uşaqların sağlamlığının qorunması, sağlamlıq imkanları məhdud uşaqların dərs vəsaitləri ilə təmin olunması, orta məktəblərdə mövcud psixoloq ştatlarının şagird sayına uyğun artırılması, ixtisaslaşmış psixoloqların cəlb edilməsi, uşaqların inkişafına dövlət dəstəyinin artırılması, regionlarda qəzalı vəziyyətdə olan uşaq bağçalarının və körpələr evlərinin yenidən qurulması, hərbi qulluqçulara tutduqları vəzifəyə, habelə hərbi rütbəyə görə verilən pul təminatının, eyni zamanda, müvəqqəti mənzil kirayəsi üçün pul məbləğinin artırılması barədə təkliflərini səsləndirib. O, həmçinin Ombudsman Aparatının işinin effektivliyini artırmaq məqsədilə bir sıra təkliflərini diqqətə çatdırıb.

Çıxış edənlər deputatlar 2025-ci ilin dövlət büdcəsinin layihəsi barədə fikirlərini açıqlayıb, qeyd və təkliflərini bildiriblər.

İclasda maliyyə naziri Samir Şərifov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirdikdən sonra “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:77
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2024 19:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri