Icma.az
close
up
RU
Parlamentari: Avropa İttifaqı Azərbaycana dərs keçmək istəyirsə, əvvəlcə öz korrupsiyasına baxsın

Parlamentari: Avropa İttifaqı Azərbaycana dərs keçmək istəyirsə, əvvəlcə öz korrupsiyasına baxsın

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanı ittiham edə bilməzlər

Avropa İttifaqında korrupsiya qalmaqalı davam edir. Aİ-nin sabiq xarici siyasət rəhbəri Federika Mogerini Belçika hüquq-mühafizə orqanları tərəfindən fırıldaqçılıq və korrupsiya işi çərçivəsində saxlanılıb. Bir neçə qurumda genişmiqyaslı axtarışlar zamanı mühüm sənədlər, elektron məlumat daşıyıcıları və istintaq üçün əhəmiyyətli materiallar müsadirə edilib. Mogerini ilə yanaşı iş üzrə daha iki nəfər də saxlanılıb. Onların hər üçü Avropa strukturlarında maliyyə və idarəetmə sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. İstintaq müxtəlif layihələrə ayrılan vəsaitlərin mənimsənilməsi ehtimalları üzərində cəmlənib. Belçika prokurorluğu bildirib ki, yeni faktların ortaya çıxacağı istisna edilmir. Mütəxəssislər araşdırmanın əsasən, 2021-2022-ci illərdə EEAS tərəfindən elan olunan “EU Diplomatic Academy” proqramı üçün keçirilmiş tenderlə bağlı olduğunu bildirirlər. İstintaqın ilkin versiyasına görə, tender elan edilməmişdən əvvəl tenderin qalibi olmuş “College of Europe” nümayəndələrinin müsabiqə şərtləri ilə bağlı məxfi məlumatlara çıxışı olub. Bu isə Aİ qanunvericiliyinə əsasən, ədalətli rəqabət prinsiplərinin pozulması, korrupsiya və maraqların toqquşması kimi qiymətləndirilir. Sabiq ali nümayəndənin adı tender saxtakarlığı və korrupsiya istintaqında keçdiyi üçün bu hadisə həm siyasi, həm institusional baxımdan geniş müzakirələrə səbəb olub. Hadisə Avropa İttifaqında büdcə şəffaflığı, tender mexanizmləri və yüksək vəzifəli şəxslərin məsuliyyəti ilə bağlı sualları yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, əgər iddialar təsdiqlənsə, bu, Aİ institutlarının içində son illərin ən ciddi korrupsiya qalmaqallarından biri olacaq.

Avropa İttifaqının diplomatik strukturlarında rüşvət iddialarına görə aparılan axtarışlar və həbslər Brüssel üçün son 26 ilin ən böyük qalmaqalına çevrilə, 1999-cu ildə maliyyə fırıldaqları ittihamı ilə Jak Santerin rəhbərlik etdiyi Avropa Komissiyasının kütləvi istefası ilə müqayisə oluna bilər. Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə əvvəlki ali nümayəndəsi Jozef Borrelin də adı dələduzluq işində hallanır. Lakin Avropa Komissiyası bu məsələni şərh etməkdən imtina edib. Xatırladaq ki, Avropa İttifaqının rəhbər şəxsləri uzun illər Azərbaycanı əsassız məsələlərdə ittiham edərək ölkəmiz əleyhinə qarayaxma kampaniyasının fəal üzvləri kimi çıxış ediblər. Ancaq göründüyü kimi Azərbaycana "şəffaflıq, haqq-hüquq" dərsi keçənlərin özləri sinifdə qalıbmış...

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, bu, əslində bir daha göstərir ki, Azərbaycana "demokratiya", "şəffaflıq", "dürüstlük" dərsi keçmək istəyən Avropa İttifaqının rəhbər işçiləri, xarici siyasətə məsul şəxsləri hansı qanunsuz əməllərlə məşğul olublar. Deputat vurğulayıb ki, biz Aİ-nin müxtəlif rəsmilərinin dilindən davamlı olaraq Azərbaycana qarşı ittihamlar, tənqidi bəyanatlar səsləndirildiyinin şahidi olmuşuq:

"Azərbaycanı əsassız məsələlərdə ittiham edən Avropa İttifaqının məsul şəxslərinin, sabiq rəsmilərinin özləri birbaşa fırıldaqçılıqla, korrupsiya ilə məşğul olublar. Əslində biz uzun illərdir ki, Aİ-də hansı hadisələrin baş verdiyini, müəyyən şəxslərin rüşvətxorluğa bulaşdığını yaxşı bilirdik. Ermənistandan və erməni lobbisindən maliyyələşən həmin şəxslər qərəzli və məqsədli şəkildə Azərbaycana qarşı ittihamlar səsləndirirdilər. Hətta ölkəmiz əleyhinə müxtəlif qətnamələrin qəbul olunmasına çalışır və buna nail olurdular. Ancaq indi hər şey göz qabağındadır. Aparılan istintaq açıq-aydın göstərir ki, Aİ-nin rəhbərliyində təmsil olunmuş şəxslər reallıqda hansı işlərlə məşğul olublar. Fırıldaqçılıq da, korrupsiya da məhz Aİ-yə məxsus imiş. Ona görə də belə şəxslərin şəffaflıqdan, ədalətdən, haqq-hüquqdan danışmağa, bizə dərs keçməyə haqları çatmır. Getsinlər, əvvəlcə güzgüdə özlərinə baxsınlar. O zaman qeyri-şəffaf, ədalətsiz, haqq-hüquqa əməl etməyən şəxslərin simasını görəcəklər. Bizi günahlandırmasınlar. Dünya ictimaiyyəti də görsün ki, Aİ kimi təşkilatlar nə dərəcədə korrupsiya ilə çirkləniblər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 09:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see225

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see197

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see163

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see161

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see144

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see139

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see134

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see130

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see130

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see128

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri