Icma.az
close
up
RU
Parlamentari: Ermənistanın silahlanması onun sülh niyyətinin olmadığını sübut edir

Parlamentari: Ermənistanın silahlanması onun sülh niyyətinin olmadığını sübut edir

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan və Azərbaycan müttəfiq münasibətlərimiz olan ölkələrdir, istərdik ki, Bakı və İrəvan münasibətlərin uzunmüddətli davamlı həllinə yol açacaq və gələcək nəsillər üçün mina qoymayacaq bir sülh müqaviləsi hazırlasın.

Bunu Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin deyib.

“Təbii ki, hər zaman irəliyə doğru hərəkəti asanlaşdırmağa hazırıq. Amma Qərbin təkid etdiyi kimi, Ermənistan və Azərbaycanı hansısa Qərb platformasında tezliklə sülh müqaviləsi bağlamağa sövq edən istənilən tələsik sənədin imzalanmasının əleyhinəyik. Bu cür tələsik, düşünülməmiş və tam təsdiqlənməmiş qərarlar uzunmüddətli davamlı sülhə gətirib çıxarmaya, əksinə, gələcək üçün müəyyən qarşıdurma toxumları əkə bilər. Bunu təbii ki, nə Ermənistan, nə Azərbaycan, nə Cənubi Qafqaz, nə də Rusiya üçün arzuolunan hesab edirik. Təəssüflər olsun ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi üçtərəfli qrupun nəqliyyat kommunikasiyalarının açılması və iqtisadi əlaqələrin bərpası üzrə işi indi yarımçıq qalıb və belə demək mümkünsə, dondurulub. Tərəfləri, ilk növbədə erməni dostlarımızı bu qrup çərçivəsində işə qayıtmağa çağırırıq. Rusiya tərəflər arzu edərsə, onlara hər cür kömək göstərməyə həmişə hazırdır”, - o bildirib.


Milli Məclisin deputatı Azər Badamov "Sherg.az"a deyib ki, Rusiyanın Xarici İşlər nazirinin müavini Mixail Qaluzinin İzvestiya qəzetinə verdiyi müsahibədə Ermənistana regiondakı kommunikasiyaların açılması istiqamətində işləri davam etdirməyə çağırış etməsini müsbət addım hesab edir:


"Cənubi Qafqaz regionu sülh və əməkdaşlıq regionuna çevrilməlidir.  Ona görə də dövlət başçımız müharibənin başa çatdığı ilk gündən Ermənistana düşmənçilk səhifəsini bağlamağa və münasibətlərə yeni səhifədən başlanmasına çağırış edib. Regionda kommunikasiyaların açılması isə ilk növbədə Zəngəzur dəhlizindən başlanmalıdır. Çünki, 10 noyabr 2020-ci ildə imzlanmış üçtərəfli Bəyanata imza atan Ermənistan Zəngəzur dəhlizinin açılması ilə bağlı öhdəlik götürüb. Bu baxımdan Zəngəzur dəhlizinin açılması regional kommunikasiyalara impuls verə bilər. Ermənistan rəhbərliyi görüntü yaratmaq üçün regional kommunikasiyalardan danışaraq özünü sülhün tərfdarı kimi nümayiş etdiməklə ölkəsinin hərbiləşdirilməsinə üstünlük verib. Belə ki, Fransadan aldığı SEZAR özüyeriyən haubitsaları və Boiston zirehli maşınların alışının artırması, Hindistandan aldığı Brahumos, ASTRA tipli raketləri və Akaş tipli zenit komplekslərinin alışının artırması, İspaniya və Polşa ilə silah alverinə dair sazişlər imzalaması və Puti limanı vasitəsilə yüzlərlə hərbi təyinatlı texnikaları idxal etməsi Ermənistanın heç də sülh niyyətinin olmadığını sübut edir".


Deputat vurğulayıb ki, Ermənistanın hərəkətləri heç də regionda komunikasiyaların açılmasına xidmət etmir:

"Mixail Qaluzunin çağırışını Ermənistanda ciddi qəbul etməyəcək. Əgər Ermənistan rəhbərliyi bu kimi çağırışlara əhəmiyyət versəydi, Qərblə hərbi əməkdaşlığın genişləndirilməsinə və ölkəsinin hərbiləşdirilməsinə yox, Azöərbaycanla sülh müqaviləsinin imzılanmasına üstünlük verərdi. Ümumiyyətlə Azərbaycanla Ermənistan arasında əldə olunmuş razılıqlar ikitərəfli platformalarda nail olunub. Bu baxımdan kənar tərəfdaşlara ehtiyac görmürəm. Sadəcə Ermənistan məsələyə konstruktiv yanaşarsa, ikitərəfli danışıqlar müstəvisində bütün məsələləri həll etmək mümkündür".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Fevral 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri