Icma.az
close
up
RU
Parlamentari: Rusiya məsuliyyəti üzərinə götürməkdən yayınır və beynəlxalq təcrübəyə uyğun addımları atmır

Parlamentari: Rusiya məsuliyyəti üzərinə götürməkdən yayınır və beynəlxalq təcrübəyə uyğun addımları atmır

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə söyləyib ki, prokurorluğun işçi qrupları həm Qroznı, həm Aktau şəhərlərinə ezam edilmişdi, orada operativ işlər görmüşdür:

"Yenə də deyirəm, ilkin məlumatlar var. Biz təbii olaraq istintaqın başa çatmasından sonra tam məlumatı Azərbaycan ictimaiyyətinə çatdıracağıq. Ancaq dekabrın 29-da bildirdiyim bir məqamı bir daha diqqətinizə çatdırmaq istəyirəm. Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib. Bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var. Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır. Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər. Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi. Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi. Onu da bildirməliyəm ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi. AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü. Nə üçün bu dəfə təyyarə ekipajına xəbərdarlıq edilməmişdi? Bunu təbii olaraq istintaq göstərəcək. Mən bir daha demək istəyirəm ki, bizdə olan məlumat həqiqətə əsaslanır. Rusiyanın dövlət qurumları tərəfindən bu hadisəni ört-basdır etmək və cəfəng versiyalar üzərində dayanmaq bizdə həm təəccüb, həm təəssüf, həm də haqlı olaraq hiddət hissi doğurur. Günahsız insanlar həlak olublar. Yenə də deyirəm, məhz pilotların və ekipaj üzvlərinin qəhrəmanlığı nəticəsində 30-a yaxın insan bu qəzadan sağ çıxıb, onların bir neçəsi ağır yaralanmışdır. Onu da bildirməliyəm ki, qəza nəticəsində ən çox həlak olan Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda, Rusiya və Qazaxıstan vətəndaşları da həlak olublar. Qırğızıstan vətəndaşları isə yaralanmışdır”.


Prezidentin açıqlamasını "Sherg.az"a şərh edən deputat Sahib Alıyev deyib ki, əvvəla, bu faciə və ona yanaşmada sərgilənən mövqe, hadisə baş verərkən ayrı-ayrı dövlət strukturlarının fəaliyyət tərzi ciddi fərqləri ortaya qoydu:


"Bir tərəfdə, insan həyatına laqeyd yanaşan, hərbi və mülki strukturlar arasında əlaqə qura bilməyən, məsuliyyətdən qaçan və öz maraqlarını önə çəkən bir zehniyyət vardı. Digər tərəfdə isə vətəndaşını doğması kimi qəbul edən, ləyaqətini hər şeydən üstün tutan, kimliyindən asılı olmayaraq haqqını tələb etməyi bacaran və faciədən geosiyasi maraqlar üçün istifadə etmək istəyənlərə imkan tanımayan bir dövlət gördük. Bu dövlət Azərbaycan dövləti idi və mən bu dövlətin vətəndaşı olmaqla fəxr edirəm. Bugünkü görüş bir daha təsdiqlədi ki, Azərbaycan Prezidenti İlham Əliyev bütün məsələlərdə prinsipial mövqe nümayiş etdirir. Əgər söhbət Azərbaycan vətəndaşından və ya Azərbaycan dövlətindən gedirsə, vurğulamaq lazımdır ki, dövlət öz vətəndaşının haqqını və öz ləyaqətini qorumaq üçün heç vaxt geri çəkilmir".


Parlamentari əlavə edib ki, biz həyatını itirmiş iki ekipaj üzvünün ailələri və iki sağ qalmış bələdçi ilə görüş zamanı Prezidentin səsləndirdiyi fikirlərdən görürük ki, Azərbaycan dövləti irəli sürdüyü bütün tələblərin arxasında dayanır:

"Təəssüf ki, Rusiya öz məsuliyyətini üzərinə götürməkdən yayınır və beynəlxalq təcrübəyə uyğun lazımi addımları atmır. Buna baxmayaraq, Azərbaycan tələblərində israrlıdır. Bu tələblər ədalətə, beynəlxalq təcrübəyə və insanlıq prinsiplərinə əsaslanır. Təəssüf ki, qarşı tərəfin davranışında, Prezidentin də dediklərindən aydın olduğu kimi, insanlıq anlayışına yer yoxdur. Söhbət Rusiyanın ayrı-ayrı dövlət strukturlarının sərgilədiyi xudbin və cəfəng yanaşmadan gedir."

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://sherg.az
archiveBu xəbər 06 Yanvar 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri