Icma.az
close
up
RU
Parlamentari: Rusiyanın istəyi ilə 3+3 formatını təsis etmək mümkün deyil

Parlamentari: Rusiyanın istəyi ilə 3+3 formatını təsis etmək mümkün deyil

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

İndiki vaxtda Moskvanın canfəşanlığı yersizdir

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova növbəti dəfə "3+3" formatından danışıb. XİN rəsmisi bildirib ki, "3+3" formatında nazirlərin növbəti görüşü Bakıda və ya İrəvanda keçirilməlidir: "Ümid edirik ki, həm azərbaycanlı, həm də erməni tərəfdaşlarımız paket razılaşması əsasında nazirlərin görüşünün qaydasını tez bir zamanda müəyyən edə biləcəklər. Bu razılaşma müəyyən edəcək ki, tədbiri bu il kim, növbəti il kim qəbul edəcək". Onun sözlərinə görə, "3+3" formatı Azərbaycanı, Ermənistanı, Gürcüstanı, Rusiyanı, İranı və Türkiyəni əhatə edir: "Formatın yaradılması prosesi davam edir və artıq üç görüş keçirilib. İş “Regional problemlərin regional həlli” prinsipi əsasında aparılır. Əsas diqqət iştirakçı ölkələrin iqtisadiyyatı, energetikası, nəqliyyatı və mədəniyyət sahələrində ardıcıl və harmonik inkişafına yönəlib. Həmçinin, ixrac icması vasitəsilə əlaqələr qurulur". O vurğulayıb ki, Gürcüstan da daxil olmaqla, regiondakı bütün ölkələrin iştirakı Cənubi Qafqazda sabitliyin və rifahın möhkəmləndirilməsinə töhfə verəcək.

Millət vəkili Tural Gəncəliyev Sherg.az-a deyib ki, Azərbaycan "3+3" formatını hələ müharibədən əvvəl, torpaqlarımız işğal altında olanda bu formatı gündəmə gətirib, dəstəkləyib. Deputat bildirib ki, zaman-zaman bu formata Ermənistan da, Gürcüstan da qarşı çıxıb:

"Gürcüstan rəsmiləri "altılıq" platformasını qəbul etmirlər. Cənubi Osetiya və Abxaziyanın işğal altında olmasını əsas gətirərək Rusiya ilə eyni formatda yer almayacaqlarını vurğulayırlar. İndiki məqamda "3+3" platformasının Rusiya tərəfindən səsləndirilməsi Cənubi Qafqazda hadisələrin fonunda öz mövqelərini, iştiraklarını göstərmək cəhdidir. Ancaq nəzərə alaq ki, Azərbaycan və Ermənistan arasında istər sülh müqaviləsinə, istərsə də Zəngəzur dəhlizinə yönəlik mühüm addımlar atılıb, danışıqlar ikitərəfli formatda aparılır. Bakı və İrəvan bir çox məsələdə ortaq məxrəcə gəlib, sülh sazişi paraflanıb. O səbəbdən "3+3" formatında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə oluna bilməz, olunmamalıdır".

Parlament üzvü bildirib ki, sadəcə, Rusiyanın istəyi ilə "3+3" formatını təsis etmək mümkün deyil:

"Burada Türkiyə və İranın da mövqeyi önəmlidir. O cümlədən, Azərbaycan və Gürcüstanın da mövqeyi mühümdür. Ümumi əməkdaşlıq formatı kimi biz hər zaman regional platformaların tərəfdarı olmuşuq. Amma sırf indiki zamanda Moskvanın canfəşanlığı suallar yaradır ki, nəyə görə Rusiya birdən-birə "altılıq" formatına qayıdır? Halbuki, əvvəlki dönəmdə Azərbaycanın "3+3" formatlı əməkdaşlıq çağırışına belə canfəşanlıq edilmirdi. Belə formatlarda hansısa ölkənin hegemonluğu altında diktə platforması olmamalıdır. Azərbaycan "Avronest" formatında əməkdaşlıqdan da imtina etdi. Çünki rəsmi Bakı hansısa platformada diktə və məcburetmə mexanizmini hiss etdikdə, orada təmsil olunmağı dərhal rədd edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Noyabr 2025 10:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri