Icma.az
close
up
RU
Parlamentari: Azərbaycan Rusiyanın strateji enerji dəhlizində əsas oyunçudur

Parlamentari: Azərbaycan Rusiyanın strateji enerji dəhlizində əsas oyunçudur

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

 Şimal -Cənub nəqliyyat dəhlizi Rusiyaya Fars körfəzinə qədər yüklərin quru yolla daşınması üçün əsas nəqliyyat arteriyadır


Bu baxımdan Azərbaycan üzərindən neft-qaz dəhlizlərinin də istifadə olunması mümkündür


“İran ümid edir ki, tezliklə Rusiya qazını Azərbaycan üzərindən nəql etməyə başlaya biləcək, “Qazprom”la demək olar, bütün məsələlər artıq həll olunub”.

Teleqraf xəbər verir ki, bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali TASS agentliyinə müsahibəsində bildirib.

“Ümid edirik ki, bu, tezliklə baş verəcək. Hazırda “Qazprom”la danışıqlar aparırıq, demək olar ki, bütün məsələlər artıq həll olunub. Amma qiymətlə bağlı ümumi dil tapmaq lazımdır. Əgər bu məsələ həll olunarsa, o zaman hər şey işə düşəcək”, - o qeyd edib.

Rusiya energetika naziri Sergey Tsivilev bundan əvvəl bəyan etmişdi ki, mövcud infrastrukturdan istifadə etməklə Rusiya qazının Azərbaycan ərazisi ilə ilk nəqlinə 2025-ci ildə başlanacaq, həcmi ildə 1,8 milyard kubmetrə çatacaq.

Millət vəkili Azər Badamov “Sherg.az”a bildirdi ki, Azərbaycanla Rusiya arasında siyasi münasibətlərdə gərginlik yaşansa da iqtisadi münasibətlərdə azalma yoxdur:


“Bu o deməkdir ki, Azərbaycanla iqtisadi münasibətlərin qorunub saxlanılması və inkişafı Rusiya üçün çox maraqlıdır.  Azərbaycan beynəlxalq nəqliyyat və logistik dəhlizlərin kəsişdiyi mərkəzdir. Ölkəmizin ərsəyə gətirdiyi Şimal -Cənub nəqliyyat dəhlizi Rusiyaya Fars körfəzinə qədər yüklərin quru yolla daşınması üçün əsas nəqliyyat arteriyadır. Həm də Qərbin sanksiyaları altında olan Rusiya üçün ixrac marşurutları o qədər də çox deyil. Bu baxımdan Azərbaycan üzərindən neft-qaz dəhlizlərinin də istifadə olunması mümkündür.  Çünki, Azərbaycanla Rusiya arasında sovetlər dövründə çəkilmiş neft-qaz kəmərləri mövcuddur. Tranzit imkanlarımız mövcud olduğu halda İranın Rusiyadakı səfiri Kazım Cəlalinin bildirdiyi Rusiya qazının Azərbaycan üzərindən İrana ixrac olunacağını deməsini məntiqli olduğunu hesab edirəm. Azərbaycan beynəlxalq  tranzit yük daşımalarda olduğu kimi tranzit qaz ixrac edəcəyi təqdirdə ixraca görə haqq alacaqdır. Bu da dövlət büdcəmizə əlavə gəlir mənbəyi olacaq. Həm də iqtisadi bağlarla ölkələrin bir-birni sıx bağlanması siyasi münasibətlərin də müəyyən çərçivədə davam etməsini labüd edir.  Düşünürəm ki, Rusiya Azərbaycan kimi vacib tərəfdaşını itirməyinə imkan yaratmaz və gərginliyin aradan qalxması istiqamətində ədalətli yola qayıdar”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri