Icma.az
close
up
RU
Parlamentin komitə sədri: Azərbaycan Gürcüstan əməkdaşlığı region üçün yeni perspektiv imkanlar təqdim edir

Parlamentin komitə sədri: Azərbaycan Gürcüstan əməkdaşlığı region üçün yeni perspektiv imkanlar təqdim edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq şəraitində yaşayıblar. İki ölkə arasındakı əlaqələr də bu təməl üzərində qurulub və bu gün bütün istiqamətlərdə uğurla inkişaf edir. Bu münasibətlər regionun inkişafında, dost xalqlarımızın rifahının yüksəldilməsində müstəsna önəm daşıyır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Yüksək dinamika ilə inkişaf edən Azərbaycan-Gürcüstan münasibətlərinin genişləndirilməsində yüksəksəviyyəli qarşılıqlı səfərlərin, aparılan müzakirələrin mühüm rol oynadığını söyləyən komitə sədri qeyd edib ki, bu təmaslar əməkdaşlıq üzrə mövcud gündəliyi, perspektiv imkanları nəzərdən keçirmək, birgə atılacaq addımları müzakirə etmək baxımından önəmlidir. Bu xüsusda, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin Azərbaycana səfəri dost ölkələrimiz arasında strateji xarakter daşıyan münasibətlərin daha da inkişafına təkan verəcək.

Ş.İsmayılov bildirib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan regional və qlobal əhəmiyyətli layihələr ölkəmizin beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu gündən-günə möhkəmləndirir. Azərbaycan ilə Gürcüstan tərəfdaş və dost ölkələr kimi bu layihələrin icrasında böyük rola malikdirlər. Prezident İlham Əliyev gürcü həmkarı ilə birgə mətbuata bəyanatında qeyd etdi ki, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Azərbaycan və Gürcüstan bu gün yaşıl enerji dəhlizinin yaradılması prosesində də yaxından iştirak edirlər.

“Eyni zamanda, Azərbaycan-Gürcüstan əməkdaşlığı qitələrarası nəqliyyat bağlantıları üçün önəmli rol oynayır. Ötən illər ərzində ölkələrimizin tranzit potensialının gücləndirilməsi sahəsində mühüm işlər görülüb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası bu istiqamətdə mühüm addımdır. Ümumilikdə görülən işlər ölkələrimiz üçün yeni imkanlar yaradır. Bu xüsusda, Orta Dəhliz layihəsi böyük iqtisadi səmərəyə malikdir”, - deyə Şahin İsmayılov vurğulayıb.

Komitə sədri qeyd edib ki, iki ölkə arasında bütün sahələrdə gündən-günə genişlənən əməkdaşlıq region üçün yeni perspektiv imkanlar vəd edir. Bu isə regiona sülhə və sabitliyə əsaslanan davamlı, dayanıqlı inkişafa şərait yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 18:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri