Icma.az
close
up
RU
Parlamentin yaz sessiyasında müzakirə edilən sosial xarakterli qanun layihələri nələri dəyişəcək?

Parlamentin yaz sessiyasında müzakirə edilən sosial xarakterli qanun layihələri nələri dəyişəcək?

Ses qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Parlamentin yaz sessiyasında müzakirə edilən sosial xarakterli qanun layihələri nələri dəyişəcək?

Milli Məclisin 2025-ci il üzrə yaz sessiyasının ilk plenar iclası dünən işinə başlayıb. Bu sessiyada deputatlar qanun layihələrini müzakirə və qəbul etməklə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəklər. Bundan əlavə, iclasların birində 2024-cü ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək.

İclasda müzakirə olunan sosial xarakterli bəzi məsələlər haqda oxucularımıza məlumat vermək istəyirik.

İclasda “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi də qəbul edilib.

Yubiley medalı haqqında Əsasnamədə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875-2025)” yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin təltif edildiyi təsbit olunur.

İclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyətindən söhbət açıb. O, Prezidentin müvafiq fərman və sərəncamları ilə 2018-ci ildən başlayaraq ölkədə sosial islahatların həyata keçirildiyini, bugünədək dörd dərin sosial islahatlar zərfinin qəbul edildiyini və bunun nəticəsində 4 milyondan çox soydaşımızın pensiyalarının, əməkhaqlarının, müavinətlərinin, təqaüdlərinin, ünvanlı sosial yardımlarının və digər sosial təminatlarının yüksəldiyini nəzərə çatdırıb.

Bildirilib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" Qanunda nəzərdə tutulan dəyişiklik də bu proseslər çərçivəsində hazırlanıb. Layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur. Layihə qəbul olunub.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib.

Qeyd olunub ki, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə 2015-ci il noyabrın 1-dən etibarən qanunun 2.1-ci maddəsində göstərilən yoxlamalar istisna olmaqla digər yoxlamalar dayandırılmışdır. Təklif olunan dəyişiklikdə həmin müddətin 2026-cı il yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib.

Bildirilib ki, hazırda müdafiə və dövlət təhlükəsizliyi məqsədləri üçün istifadə olunan texnika və texniki vasitələrin, onların ehtiyat hissələrinin, xüsusi proqram təminatlarının və silah-sursatın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında idxalı və satışı ƏDV-dən azad edilir. Təklif olunan qanun layihəsinə əsasən bu səlahiyyətin Azərbaycan Respublikasının Baş Prokurorluğuna da verilməsi nəzərdə tutulur. Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (1-ci oxunuş) barədə məlumat verib.

O, sənədin “Dövlət satınalmaları haqqında” yeni Qanunun icrası məqsədilə hazırlandığını, layihədə həm cinayət, həm də inzibati məsuliyyətə səbəb olan dövlət satınalmaları haqqında qanunvericiliyin pozulması hallarının yeni qanunun tələblərinə uyğun olaraq müəyyən edildiyini söyləyib.

Dəyişikliyə əsasən, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə cinayət məsuliyyəti Cinayət Məcəlləsinin 308.2.1-ci – 308.2.3-cü maddələrində nəzərdə tutulan əməllər nəticəsində xeyli miqdarda zərər vurulduqda yaranır. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən isə dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh, bu pozuntu halları Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Layihədə inzibati məsuliyyətə cəlb etmə müddətinin artırılması da təklif edilir. Müzakirələrdən sonra qanun layihəsi 1-ci oxunuşda qəbul edilib.

Gündəliyin on dördüncü məsələsi olan “Sosial sığorta haqqında” Qanunda və Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (1-ci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin üzvü Nigar Məmmədova məlumat verib. O, vurğulayıb ki, sənədin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir.

Bildirilib ki, layihədə nəzərdə tutulan dəyişikliklər nəticəsində əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2% dərəcəsi ilə verginin tutulması təmin ediləcək, satışın həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq, əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər portalda qeydiyyatdan keçəcək, əl işlərinin satışından əldə olunan gəlirdən vergilər çıxıldıqdan sonra əlilliyi olan şəxs üçün açılmış bank hesabına köçürüləcək, portalda qeydiyyatdan keçmiş əlilliyi olan şəxslər vergi orqanlarında qeydiyyatdan keçmək, vergi hesablamaq, vergi hesabatları tərtib etmək və vergi orqanına təqdim etmək kimi işlərdən azad olacaq, bu işlər portal vasitəsilə elektron qaydada onların əvəzinə həyata keçiriləcək, həmçinin əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək. Nigar Məmmədova vurğulayıb ki, bu layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur. Layihə 1-ci oxunuşda qəbul olunub.

Növbəti məsələ olan “Tibbi sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Komitə sədri bildirib ki, layihə icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirləri görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə təklif olunub. Bu baxımdan “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim yardımı üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciəti sadələşdirilir. Qanun layihəsi 1-ci oxunuşda qəbul olunub.

Mənzil Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi sosial kirayə müqaviləsi əsasında dövlət və ya bələdiyyə mənzil fondundan yaşayış sahəsi əldə edilməsinin, və ya yaşayış sahəsinə ehtiyacı olan həssas kateqoriyaya aid şəxslərin uçota götürülməsinin hüquqi əsaslarının təkmilləşdirilməsini nəzərdə tutur. Layihə səsə qoyularaq 1-ci oxunuşda qəbul olunub.

İlk iclasda qəbul olunan qanun layihələrinin sosial xarakterli olanları haqda qısa məlumat verdik. Sessiyanın gedişində müzakirə və qəbul olunacağı gözlənilən maraqlı qanun layihələri var ki, onlarla bağlı da ayrıca məlumat verəcəyik.

Elçin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 14:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see140

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see136

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see132

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see132

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see130

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see124

Bu beş bürc iyunda çətin sınaqdan keçəcək

03 İyun 2025 00:08see121

RUSİYA BİR GÜNDƏ NƏ QƏDƏR İTİRDİ? Məhv edilən təyyarılərin qiymətləri

02 İyun 2025 15:22see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see119

Avtobus zolağının ətrafında qəza baş verərsə sürücülər nə etməlidir? VİDEO KONKRET

02 İyun 2025 23:52see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see118

Ata telefonu açaraq oğlunun Qatilini Tapdı

02 İyun 2025 23:28see117

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see117

Puqaçovanın evi ilə bağlı müəmma Elan yoxa çıxdı...

02 İyun 2025 13:19see116

Rusiya vapların satışına tam qadağa qoymağa çağırır...

02 İyun 2025 22:55see116

Yeni dərs ilində məktəb formaları dəyişəcək? RƏSMİ

02 İyun 2025 14:52see115

Amerikalı aktyor güllələnərək öldürüldü

03 İyun 2025 01:26see114

Bu günə qədər Qareginin ünvanına güldən ağır söz deyilməyib

03 İyun 2025 09:40see114

Xaricdən gətirilmiş ət ilə daxildə satılan ət arasında əsas fərqlər yalnız kimyəvi tərkib baxımından ola bilər AÇIQLAMA

02 İyun 2025 22:30see114

Yaponiyada isti havada əməkdaşlarına müdafiə təmin edə bilməyən şirkətlər cərimələnəcək

03 İyun 2025 03:07see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri