Icma.az
close
up
RU
Parlamentlərarası İttifaqın prezidenti COP29un yüksək səviyyədə təşkilinə görə məmnunluğunu bildirib

Parlamentlərarası İttifaqın prezidenti COP29un yüksək səviyyədə təşkilinə görə məmnunluğunu bildirib

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Noyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Tanzaniya Birləşmiş Respublikası Milli Assambleyasının spikeri, Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizimyol.info-ya verilən xəbərə görə, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Parlamentlərarası İttifaq(PAİ) və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə keçiriləcək Parlament Görüşündə iştirak etmək üçün ölkəmizə səfər edən qonaqla görüşdə Azərbaycan və PAİ arasında əməkdaşlıq, Bakıda keçirilən COP29-un əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Qonaq COP29-un yüksək səviyyədə təşkilinə görə məmnunluğunu bildirib. O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin qonaqlarla ayrıca görüşməsi, onları dinləməsi və göstərilən diqqət yüksək qiymətləndirilir. PAİ prezidenti göstərilən qonaqpərvərliyə görə Azərbaycanın dövlət başçısına təşəkkürünü iifadə edib. Qonaq xüsusilə kiçik ada dövlətlərinin səsinin COP29-da eşidilməsinə şərait yaradıldığı üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycanın kiçik ada dövlətlərinə göstərdiyi yardımlar, həmçinin ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər haqqında da danışılıb. Qeyd edilib ki, kiçik ada dövlətləri iqlim dəyişikliyinə ən həssas olan ölkələrdir. Bu baxımdan COP29 çərçivəsində İqlim Dəyişikliyi üzrə İnkişaf etməkdə olan Kiçik Adalar Dövlətlərinin Liderlər Zirvəsinin keçirilməsi, Prezident İlham Əliyevin sammitdə iştirakı, oradakı əhatəli nitqi və bu dövlətlərə verdiyi dəstək mühüm əhəmiyyətə malikdir.

Söhbət zamanı Sahibə Qafarova qonağa noyabrın 16-17-də Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə COP29 çərçivəsində təşkil edəcəyi Parlament Görüşü haqqında da məlumat verib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 15 Noyabr 2024 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2081

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see284

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see228

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see204

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see194

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see178

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see148

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see141

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see130

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri