Icma.az
close
up
RU
“Parlaq Ulduzlar” Layihəsi: Gənc istedadlar səhnədə parlayır, yaradıcı marafon davam edir FOTOLAR

“Parlaq Ulduzlar” Layihəsi: Gənc istedadlar səhnədə parlayır, yaradıcı marafon davam edir FOTOLAR

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

2025-ci ilin iyun-avqust ayları ərzində “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində gənc istedadların iştirakı ilə muğam, rəqs, rəsm və instrumental musiqi üzrə bir-birindən maraqlı müsabiqələr təşkil olunub.

QHT.az xəbər verir ki, layihənin rəhbəri, Birliyin sədri Vüsalə Qələndərli bildirib ki, bu təşəbbüs sadəcə müsabiqələr silsiləsi deyil, ölkənin müxtəlif bölgələrində yaşayan yaradıcılıq qabiliyyətli uşaq və gənclərin cəmiyyətə tanıdılması, bacarıqlarının inkişaf etdirilməsi və onlara stimul verilməsi üçün yaradılmış möhtəşəm platformadır.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi tərəfindən həyata keçirilən “Parlaq Ulduzlar – Gənc İstedadların Tanıdılması” layihəsi çərçivəsində növbəti müsabiqə 11 avqust tarixində Gədəbəy rayon Heydər Əliyev Mərkəzində baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iştirakçılar öz istedadlarını nümayiş etdiriblər – musiqi ifaları, bədii qiraət, rəqs və müxtəlif yaradıcı çıxışlar tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. “Parlaq Ulduzlar – gənc istedadların tanıdılması” layihəsi çərçivəsində Gədəbəy rayonu Heydər Əliyev Mərkəzində təşkil olunan müsabiqələrin əsas məqsədi gənc istedadları üzə çıxarmaq, onların yaradıcılıq və bacarıqlarını geniş ictimaiyyətə tanıtmaqdır.

"Bu müsabiqələr Uşaqların və gənclərin özünəinamını artıracaq, incəsənət, musiqi, elm və mədəniyyət sahələrində gizli istedadlarını aşkara çıxaracaq. Gənclərin maariflənməsinə, inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək olunacaq. Vətənpərvərlik ruhunu, milli-mənəvi dəyərlərə bağlılığı möhkəmlənəcək. Beləliklə, müsabiqələr həm iştirakçılara özlərini ifadə etmək imkanı verir, həm də ictimaiyyətə yeni gənc istedadları tanıdaraq onların gələcək uğurlarına yol açır"-deyə layihə rəhbəri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Avqust 2025 15:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri