Icma.az
close
up
RU
Partiya müraciət etdi: Kəndin problem həll olundu

Partiya müraciət etdi: Kəndin problem həll olundu

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azad Vətən Partiyasının (AzVP) Şəki şəhər təşkilatından partiyanın İcra aparatına göndərilən məktubda rayonun Göybulaq kəndinin su təchizatındakı nöqsanlardan bəhs olunub. 

“Cebheinfo.az” xəbər verir ki, məktubda kəndin içməli su təchizatını təmin edən çənlərin uzun müddətdir təmir olunmadığından acınacaqlı vəziyyətə düşdüyü, onların içərisini qurd basdığı, bunun isə müxtəlif xəstəliklərə şərait yaratdığı bildirilib. 

Partiyanın fəallarından olan Qarabağ müharibəsi iştirakçısı, qazi Rəhim Şirinov yazırıb ki, bu işə məsul yerli məmurlara dəfələrlə müraciət olunsa da, nöqsanların aradan qaldırılması üçün heç bir əməli addım atılmayıb. 

AzVP-nin İcra Aparatı dərhal partiyanın Şəki rayon təşkilatının sədri Elxan Rəhimovla əlaqə saxlayıb, vəziyyətin yerində öyrənilməsi barədə göstəriş verib. Faktlar dəqiqləşdiriləndən sonra isə partiyanın sədri Akif Nağı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Tahir Xəlilova müraciət ünvanlayıb. 

Müraciətdə nöqsanların tezliklə aradan qaldırılması xahiş olunub. Agentliyin rəhbərliyi partiya sədrinin müraciətinə dərhal reaksiya verib və Göybulaq kəndinin su təchizatında yaranmış problem operativ şəkildə aradan qaldırılıb. 

Bu cür operativ və səmərəli fəaliyyətinə görə partiya adından agentliyin sədri Tahir Xəlilova təşəkkür məktubu göndərilib, dövlət siyasətinə və vətəndaşların istəklərinə uyğun vaxtında xidmət göstərdiklərinə görə minnətdarlıq bildirilib. Partiya sədri Akif Nağı mətbuat üçün açıqlamasında bir daha vurğulayıb ki, dövlət məmurlarının bu cür fəaliyyəti bütövlükdə ölkə rəhbərliyinin səmərəli daxili siyasətinin göstəricisidir. 

“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri