Icma.az
close
up
RU
Partiya sədri: Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana...

Partiya sədri: Əgər Paşinyan tələblərimizi qəbul etməsə, onda Qərbi Azərbaycana...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan yenidən sərsəm fikirləri ilə diqqət mərkəzinə düşüb. 

O, Qərbi Azərbaycanla bağlı reallığı əks etdirməyən sözlər deyib: 

“Ermənistan Respublikasında “Qərbi Azərbaycan” yoxdur, ola da bilməz.

Qərbi Azərbaycan Azərbaycanın qərb rayonlarıdır. Onun ərazisindən kənarda Qərbi Azərbaycan ola bilməz, bu cür müzakirələr bizim üçün qəbuledilməzdir”. Göründüyü kimi, Paşinyan həqiqətləri təhrif edir. 

Çünki faktiki olaraq Qərbi Azərbaycan mövcuddur. Üstəlik, 300 min Qərbi azərbaycanlının öz dədə-baba yurdlarından zorla didərgin salındığı faktdır. Azərbaycan isə hələ ki, məsələni hərbi yolla həll etməyi düşünmür. Ancaq hüquqi və humanizm baxımından, soydaşlarımızın Qərbi Azərbaycana qayıdışı mütləq həyata keçməlidir. 

Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Nikol Paşinyan özünü tarixi və coğrafiyanı bilməyən adam kimi təqdim etməyə çalışır: 

"Lakin əslində o da Qərbi Azərbaycanın olduğunu çox gözəl bilir. İndi Ermənistan adlanan ərazi bütövlükdə Qərbi Azərbaycan olub. Orada heç vaxt erməninin izi-tozu olmayıb.

Paşinyan həmin ərazilərdə azərbaycanlıların yaşadığı, özlərinin isə gəlmə olduqlarını yaxşı bilir. Bütün bunlar tarixdə də öz əksini tapıb. O, ya daxili auditoriyaya işləməyə, ya da Azərbaycana qarşı hansısa tezisi gündəmə gətirməyə çalışır. Ermənistanın Baş naziri Qərbi Azərbaycan İcmasını qəbul etməli və onları dinləməlidir". 

Partiya sədri diqqətə çatdırıb ki, Qərbi azərbaycanlılar çox yaxın tarixdə öz dədə-baba torpaqlarından zorla çıxarılıb: "Bu, 200-300 il əvvəl olmayıb. Cəmi 30-40 il əvvəl 300 min Qərbi azərbaycanlı zorla öz torpağından çıxarılıb. Bu, hər kəsin gözünün qarşısında baş verib. Hətta soydaşlarımızı cinayətkarcasına çıxarıblar, 216 nəfəri xüsusi qəddarlıqla qətlə yetiriblər.

Əslində, bu, birbaşa soyqırımıdır və Ermənistan hakimiyyəti buna görə məsuliyyət daşıyır. Əgər Paşinyan və onun kimilər Ermənistanı 1918-ci ildəki Ararat Respublikasının və Sovet dövründəki hakimiyyətin varisi hesab edirlərsə, deməli, o cinayətin məsuliyyətini də daşıyırlar".

 Siyasətçi qeyd edib ki, Paşinyan bu cür bəyanatlarla manevr etməyə çalışır:

"Bu, tamamilə yanlış mövqedir. Ermənistan hakimiyyəti Qərbi Azərbaycanın olduğunu da, orada yaşamış soydaşlarımızın haqqını da qəbul etməli, Qərbi azərbaycanlıların geri qaytarılması üçün şərait yaradılmalıdır. Azərbaycanın da mövqeyi bundan ibarətdir. Əgər buna əməl etməsələr, onda Qərbi azərbaycanlıların hüquqlarını başqa vasitələrlə təmin etmək məcburiyyətində qalacağıq". 

Elmir Mustafa 
“Cebheinfo.az”

 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 May 2025 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri