Partiya sədri saxta yolla seçilib? Prokurorluq araşdırmaya başlayıb, sabiq sədr istintaqa çağırıldı
Icma.az, Mia.az saytına istinadən bildirir.
Özgür Özelin CHP sədri seçildiyi qurultayla bağlı cinayət işi açılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ankara Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, Özgür Özelin sədr seçildiyi CHP-nin son qurultayı ahqda iddialar araşdırıılır.
Məlumata görə, həmin qurultayda uduzan sabiq sədr Kemal Kılıçdaroğlu və partiya funksioneri Akif Hamzaçebi şahid qismində ifadə verməyə çağırılıblar.
Türkiyə mətbuatı yazır ki, Prezident Ərdoğanın "Özgür Özəlin sədr seçildiyi qurultayda hiylə əsas rol oynayıb" sözlərindən sonra bu məsələ aktuallaşıb.
Bundan sonra CHP tərəfinin susqunluğuna keçmiş sədr Kamal Kılıçdaroğlu çox sərt reaksiya vermişdi: "Susmaq etiraf əlamətidir”.
Xatırladaq ki, həmin qurultayda Manisadan deputat seçilmiş Özgür Özəl 812 qurultay nümayəndəsinin (59,44 faiz) səsini toplayaraq sədr seçilib.
İndi yayılan iddiaya görə, həmin qurulktay nümayəndələrinin bəziləri pulla ələ alınıblarmış..
Zülfiyyə Mustafayeva
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 10 Fevral 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















