Prokurorluq sabiq rektoru istintaqa çağırdı Təfərrüat
Icma.az xəbər verir, Mia.az saytına əsaslanaraq.
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluq İTV vasitəsi ilə müraciət ünvanlayıb.
Qeyd olunub ki, Abdullayev Elşad İslam oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 5 may 2025-ci il tarixdə, saat 10:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.
Bildirilib ki, 01 sentyabr 2024-cü il tarixdə Abdullayev Elşad İslam oğluna Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 137.5.1, 137.5.2, 137.5.3, 213.2.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 29, 312.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilmiş, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 12 Aprel 2025 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















