Icma.az
close
up
RU
Partiyası ləğv edilən Əhməd Oruc hirsləndi: Fermam da bağlanıb, iki inəyim qalıb

Partiyası ləğv edilən Əhməd Oruc hirsləndi: Fermam da bağlanıb, iki inəyim qalıb

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında məhkəmə prosesi keçirilib.

Bakı Apellyasiya Məhkəməsində hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.  Qərara əsasən, Azadlıq Partiyası ləğv olunub.

Redaktor.az xəbər verir ki, Ə.Oruc partiyanın ləğvi ilə bağlı qərarı qanunsuz hesab etdiyini və bununla razılaşmadığını deyib:

"Qərar heç bir prosedur gözlənilmədən, siyasi sifarişlə qəbul edilib. Ona görə biz qurultay keçirməyi planlaşdırırıq. Qərarla bağlı partiyanın geniş məlumatı yayılacaq. Mən milli azadlıq hərəkatından gəlmiş adamam, ömrün ən azı 35 ilini bu proseslərə vermişəm. Hesab edirəm ki, milli maraqlardan çıxış edən siyasi qüvvələrin olmasına bu gün ehtiyac var. Siyasi partiya olmağın nə üstünlüyü var? Tutaq ki, mən Əhməd Oruc, yaxud qeydiyyatı ləğv olunmuş Azadlıq Partiyası sədri adından çıxış edəcəm. Nə dəyişir? Milli azadlıq hərəkatından gələn, satılmayan, əyilməyən, barmaqla göstəriləsi çox az adam var. Elə bilirlər ki, hamı boyun əyib satılmalıdır. Bizə özümüzü buraxmaq haqqında çoxlu təzyiqlər, vədlər olsa da, qəbul etmədik. Biz Azərbaycanda çox azsaylı insanlardanıq ki, alınıb satılmırıq. Sayımız çox azdı. Ona görə meydandan çıxmağı düşünmürük".

Ə.Oruc hazırda maddi təminatını necə olmasından da danışıb:

"15 il bundan əvvəl fermam olub. Həmişə mən halal əməklə dolanmışam. İndi də halal əməklə dolanıram. Ferması olmaq insan üçün qürur mənbəyidir. Hakimiyyətin, yaxud xaricdən kimlərinsə 3-5 qəpiyinə tulalıq etməkdənsə, öz halal zəhmətinlə dolanmaq şərəfli işdir. Bunu başa düşüb, qiymətləndirənlərin təəssüf ki, sayı çox deyil. Azərbaycanda artıq halal-haram, insanlıq anlayışları tədricən aradan götürülür. Fermam 2015-ci ildə tamam ləğv olundu. İki inəyim qalıb, bu arada onlar da doğub. Daşdan çörək çıxarda bilən adamam. İstənilən mühitdə insanlar necə dolanırsa, mən də onların cərgəsində oluram. Böyük təsərrüfatım, bağım-bağçam var. Məqalələr yazmaqla, məsləhətçiliklə bağlı da fəaliyyətlərim olub, indi də var".

Azadlıq Partiyası ilk dəfə 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Partiya ötən il Ədliyyə Nazirliyi tərəfindən təkrar qeydə alınmayıb" (modern.az). 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:61
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see238

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see228

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see172

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see166

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see150

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see146

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see139

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see137

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see135

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see134

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see125

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see124

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see123

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see122

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see121

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see121

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see121

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri