“PAŞA Bank”ın sədri ABA nı 35 illik yubileyi münasibəti ilə təbrik edib
Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“PAŞA Bank”ın sədri Cavid Quliyev Azərbaycan Banklar Assosiasiyasını 35 illik yubileyi münasibəti ilə təbrik edib.
Bu barədə o, özünün “LinkedIn” hesabında paylaşım edib.
"Uzun illərdir ölkəmizdə bank sektorunun inkişafı, maliyyə sisteminin möhkəmləndirilməsi və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm təşəbbüslərlə çıxış edən Azərbaycan Banklar Assosiasiyası 35 illik yubileyini qeyd edir.
Bu münasibətlə Assosiasiyanın rəhbərliyini və bütün əməkdaşlarını şəxsən və PASHA Bank OJSC kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan Banklar Assosiasiyası ilə qurduğumuz uzunmüddətli sıx əməkdaşlıq PASHA Bank OJSC üçün hər zaman xüsusi önəm kəsb edib və bu tərəfdaşlığı sektor üçün dəyər yaradan mühüm bir amil hesab edirik. Assosiasiya banklararası əlaqələrin gücləndirilməsinə, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsinə, sektorun tənzimlənməsinə və məlumatlılığın artırılmasına böyük töhfələr verir. Həmçinin, sektorda dayanıqlılığın təmin olunmasında və ortaq maraqların müdafiəsində vacib bir platforma kimi çıxış edir.
Ümidvaram ki, Assosiasiyanın gələcək fəaliyyəti də indiyədək olduğu kimi, bankçılıq sahəsinin dayanıqlı inkişafı naminə uğurlu nəticələr verəcək. Bu münasibətlə Assosiasiya rəhbərliyinə və komandasına səmimi təşəkkürlərimi bildirir və gələcəkdə yeni zirvələr arzulayıram",- deyə Cavid Quliyev bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 08 Aprel 2025 09:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















