Icma.az
close
up
RU
® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

Icma.az, Azertag saytına istinadən bildirir.

“PAŞA Holding” kənd təsərrüfatında qadın sahibkarlığının inkişafına töhfə vermək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həyata keçirilən “Aqrar Fəaliyyətli Azərbaycan Qadınları” (AFAQ) layihəsinə dəstəyini davam etdirir.

AFAQ layihəsi kənd təsərrüfatı və aqrar dəyər zəncirində fəaliyyət göstərən qadınların bizneslərini inkişaf etdirmələrinə, bilik və bacarıqlarını artırmalarına, bazarlara çıxış imkanlarını genişləndirmələrinə və yeni iş imkanları yaratmalarına dəstək olmaq məqsədi daşıyır. Layihə çərçivəsində qadın fermerlərə biznes fəaliyyətlərinin genişləndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi üçün müxtəlif istiqamətlər üzrə dəstək göstərilir.

Layihənin əsas istiqamətlərinə konsultasiya dəstəyi, bilik və bacarıqların artırılması, marketinq və satış imkanlarının genişləndirilməsi, eləcə də texniki dəstək daxildir. Bununla yanaşı, iştirakçıların biznes, marketinq və elektron ticarət sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.

AFAQ layihəsi qadınların kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinə cəlb olunmasını təşviq etməklə yanaşı, kənd yerlərində məşğulluq imkanlarının artırılmasına, yerli icmaların sosial rifahının yaxşılaşdırılmasına və qadınların iqtisadi fəallığının gücləndirilməsinə töhfə verir.

AFAQ layihəsinin fəaliyyət miqyası illər ərzində əhəmiyyətli dərəcədə genişlənib. 2020-ci ildə layihə çərçivəsində 32 qadın fermerə dəstək göstərildiyi halda, 2025-ci ildə bu göstərici 110 fermerə çatıb ki, bu da ilk illə müqayisədə 3 dəfədən çox artım deməkdir. Eyni zamanda, layihənin 2026-cı ilin yanvar–sentyabr aylarını əhatə edən nəticələrinə əsasən, 76 fermerə maddi-texniki dəstək göstərilib və 88 qadın fermerin təsərrüfatına baxış keçirilib. Bu göstəricilər AFAQ-ın illər ərzində həm əhatə dairəsini, həm də qadın fermerlərə təqdim etdiyi dəstək imkanlarını genişləndirdiyini nümayiş etdirir.

Qeyd edək ki, qadınların səlahiyyətləndirilməsi mövzusu “PAŞA Holding”in KSM strategiyasında mühüm yer tutur. Bu istiqamətdə “PAŞA Holding” və onun törəmə şirkətləri tərəfindən müxtəlif layihələr həyata keçirilir ki, bunlara AFAQ, “Ana Sahibkar”, “Women Bazaar”, “Tənha anaların sosial inkişafına dəstək” və digər layihələr daxildir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2026 17:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri