Icma.az
close
up
RU
® “PAŞA Holding” COP29da qlobal əlaqələri möhkəmləndirib AZƏRTAC

® “PAŞA Holding” COP29da qlobal əlaqələri möhkəmləndirib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 28 noyabr, AZƏRTAC

Azərbaycanın aparıcı şirkəti “PAŞA Holding” iqlim dəyişikliyi ilə bağlı fəaliyyətlərə sadiqliyini təsdiqləyərək, COP29 tədbirində uğurla iştirak edib. Tədbirin strateji təsir üzrə tərəfdaşı kimi “PAŞA Holding” məzmunlu müzakirələrdə fəal iştirak edib, qlobal maraqlı tərəflərlə əməkdaşlıq qurub və dayanıqlı gələcəyə dair baxışlarını bölüşüb.

Holdinq “Yaşıl” zonada xüsusi stend təşkil edib, onun “PAŞA Bank”, “Kapital Bank”, “PAŞA Sığorta”, “PAŞA Həyat”, “AgroDairy” və “PASHA Real Estate” kimi şirkətləri tərəfindən iqlim maliyyələşdirilməsi, dayanıqlı kənd təsərrüfatı və “yaşıl” iqtisadiyyata inklüziv keçidi təşviq etməkdə özəl sektorun liderlik rolu kimi vacib mövzulara həsr olunan bir sıra sessiyalar keçirilib.

“PAŞA Holding” bu tədbirdə iştirak etməklə fikir mübadiləsi aparmaq, regional və beynəlxalq həmkarlarla əlaqələr qurmaq, iqlim problemləri ilə mübarizə sahəsində təcrübə öyrənmək fürsəti qazanıb. Hökumətlər, beynəlxalq təşkilatlar və özəl sektorun maraqlı tərəfləri ilə qarşılıqlı əlaqə nəticəsində “PAŞA Holding” həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda dayanıqlı inkişaf təşəbbüslərinin həyata keçirilməsi imkanlarını genişləndirib.

“COP29-da iştirak etmək bizə dayanıqlı inkişaf baxışlarımızı gücləndirmək və dəyərli əlaqələr qurmaq üçün unikal imkan yaratdı. COP29 çərçivəsində əldə edilən biliklər və qurulan tərəfdaşlıqlar strategiyalarımızı qlobal iqlim hədəfləri ilə daha yaxşı uzlaşdırmağa, regionumuzun unikal ehtiyaclarını nəzərə almağa imkan verəcək. Bu təcrübə ümumi çağırışların həlli üçün uzunmüddətli və effektiv həllər yaradılmasında əməkdaşlığın əhəmiyyətini vurğulayır”, - deyə "PAŞA Holding"in baş strategiya inzibatçısı Teymur Hüseynov qeyd edib.

Qeyd edək ki, “PAŞA Holding”in dayanıqlı inkişaf strategiyasının əsas elementləri öz fəaliyyətinin ekoloji təsirini minimallaşdırmaq, sıfır emissiyaya keçidi təşviq edən layihələrə investisiya qoymaq və iqlim dəyişikliyi problemlərini həll etmək üçün texnoloji yeniliklərə sərmayə yatırmaqdan ibarətdir. Qrup yaxın gələcəkdə törəmə şirkətləri arasında ətraflı diaqnostika və boşluqların təhlilini aparmağı, karbon izinin, o cümlədən təchizat zəncirinin azaldılması üzrə konkret hədəflər müəyyən etməyi, müştərilərinə dayanıqlı inkişafa keçid prosesində dəstək göstərməyi və “yaşıl” təşəbbüslərə yatırımları artırmağı planlaşdırır.

Bundan əlavə, “PAŞA Holding” maraqlı tərəflərin imkanlarını təhsil və əməkdaşlıq vasitəsilə genişləndirməyi, dayanıqlı inkişaf prinsiplərinin iqtisadiyyatın bütün sahələrində tətbiqini təmin etməyi hədəfləyir. Bu planlar Azərbaycanda dayanıqlı kiçik və orta biznes sektorunun inkişafına yardım göstərmək, fermerlərə “yaşıl” keçid prosesində dəstək olmaq və dekarbonizasiya həllərinin işlənib hazırlanmasına yönəlmiş innovasiyaları dəstəkləmək kimi tədbirləri əhatə edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Noyabr 2024 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri