“PAŞA Holding”in iştiraki ilə “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri keçirilib
Icma.az, Marja.az portalına istinadən məlumat yayır.
Kibertəhlükəsizlik Mərkəzinin, “Women in Cybersecurity Azerbaijan” və “Texio Academy”nin birgə təşkilatçılığı, eləcə də “PAŞA Holding”in iştiraki ilə baş tutan “Kibertəhlükəsizlikdə qadınlar: Karyera və təhsil” tədbiri gənc xanımlar üçün ilhamverici platformaya çevrilib.
Tədbirdə 100-ə yaxın iştirakçı - bu sahədə inkişaf etmək istəyən tələbələr, gənc mütəxəssislər və bu sahədə təmsil olunan qadın peşəkarlar bir araya gəlib. Panel sessiyalarında uğur hekayələri, təqaüd imkanları, könüllülük proqramları və sahədəki çağırışlar geniş müzakirə olunub. Qeyd edək ki, “PAŞA Holding”i şirkətin informasiya təhlükəsizliyi üzrə meneceri Sona Talıbova təmsil edib.
Qeyd edək ki, “PAŞA Holding” Azərbaycanda kibertəhlükəsizlik cəmiyyətinin böyüməsi və inkişafının dəstəklənməsinə sadiq qalır. Bu cür təşəbbüslər qadınların kibertəhlükəsizlik sahəsində daha inamla irəliləməsinə və öz yolunu tapmasına ilham verir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 26 Sentyabr 2025 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















