Icma.az
close
up
RU
“PAŞA Real Estate Qrup”da yüksək vəzifələrə Təyinatlar

“PAŞA Real Estate Qrup”da yüksək vəzifələrə Təyinatlar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“PAŞA Real Estate Qrup” 1 May 2025-ci il tarixindən etibarən Elçin Qədimovun Qrupun Baş Kommersiya Direktoru (Group CCO) və Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktoru (CEO of International Projects) vəzifələrinə təyin olunduğunu məmnuniyyətlə elan edir. Eyni zamanda, Tural Əliyev “PAŞA Property Management”in Baş İcraçı Direktoru (CEO) vəzifəsinə təyin edilib. 

Elçin Qədimov yeni vəzifəsinə daşınmaz əmlak və maliyyə xidmətləri sahələrini əhatə edən geniş rəhbərlik təcrübəsini gətirir. “PAŞA Property Management”in Baş İcraçı Direktoru vəzifəsindəki əvvəlki fəaliyyəti strateji təşəbbüslərə rəhbərlik, eləcə də təşkilati böyümənin idarə olunması, uğurlu nəticələrə gətirib. “PAŞA Real Estate Qrup”a qoşulmazdan əvvəl bank sektorunda iyirmi ildən artıq yüksək rəhbər vəzifələrdə çalışaraq uğurlu bir karyera qurmuşdur. O, Cənubi Alabama Universitetindən MBA elmi dərəcəsinə malikdir.

Qrupun Baş Kommersiya İnzibatçısı rolunda Elçin Qədimov “PAŞA Real Estate Qrup”un yerli və beynəlxalq daşınmaz əmlak satışı əməliyyatlarına nəzarət edəcək və kommersiya funksiyalarını mərkəzləşdirəcək. Həmçinin E. Qədimov yerli və beynəlxalq bazarlarda hökumətlə əlaqələrə rəhbərlik edəcək, strateji tərəfdaşlıqların qurulmasına və tənzimləyici uyğunluğun təmin olunmasına töhfə verəcək. Beynəlxalq Layihələr üzrə Baş İcraçı Direktor vəzifəsində 2025-ci ilin mühüm investisiya layihəsi olan Özbəkistan və digər investisiya təşəbbüsləri daxil olmaqla beynəlxalq strateji inkişaf sahəsinə nəzarət edəcək.

Rəhbərlik sahəsində 17 ildən artıq təcrübəyə malik Tural Əliyev “PAŞA Property Management” şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin edilmişdir. Daha öncə Tural Əliyev "PAŞA Sığorta" ASC-də baş icraçı direktorun müavini vəzifəsində çalışıb və burada əməliyyatların təkmilləşdirilməsi, müştəri təcrübəsinin yaxşılaşdırılması, eləcə də innovativ təşəbbüslərin həyata keçirilməsində mühüm rol oynamışdır. Tural Əliyev London Business School-un MBA dərəcəsinə və Carnegie Mellon Universitetinin İnformasiya Sistemlərinin İdarə Edilməsi üzrə CIO Sertifikatına malikdir.

Yeni vəzifəsində Tural Əliyev beşulduzlu xidmət mədəniyyətinin formalaşdırılmasını, aktivlərin planlı şəkildə idarə olunmasını, əməliyyat intizamına və maraqlı tərəflərin gözləntiləri ilə uyğunluğa diqqət yetirərək uzunmüddətli dəyər yaradılmasını təmin edəcək.

Qeyd edək ki, “PAŞA Real Estate Qrup”, daşınmaz əmlakın investisiyası, inkişafı, strateji idarəçiliyi və istismarı üzrə ixtisaslaşmışdır. Azərbaycan, Türkiyə, Gürcüstan, Özbəkistan və Monteneqronun müxtəlif bölgələrində fəaliyyət göstərən qrup lüks hotellər, dünya səviyyəli kurortlar, ticarət obyektləri, premium yaşayış layihələri və qarışıq tipli layihələr daxil olmaqla geniş portfelə malikdir. Keyfiyyət, dürüstlük və müştəri məmnuniyyətinə sadiq qalan “PAŞA Real Estate Qrup”, sənaye standartlarını yenidən müəyyənləşdirmək və qlobal miqyasda aktivlərinin dəyərini artırmaq məqsədi ilə fəaliyyət göstərməkdədir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 01 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri