Icma.az
close
up
RU
PAŞA Sığorta aztəminatlı ailələrin övladları üçün “Təhsilə Doğru” layihəsinə start verib

PAŞA Sığorta aztəminatlı ailələrin övladları üçün “Təhsilə Doğru” layihəsinə start verib

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

PAŞA Sığorta korporativ sosial məsuliyyət siyasəti çərçivəsində aztəminatlı ailələrin övladlarını dəstəkləməyə davam edir. Şirkət bu dəfə Lənkəranda “GID Consulting”in tərəfdaşlığı ilə “Təhsilə Doğru” adlı yeni sosial layihəyə start verib.

Layihə çərçivəsində Lənkəran şəhərində yerləşən müxtəlif məktəblərdə 5-8-ci siniflərdə təhsil alan 120 şagird üçün 4 ay müddətində ödənişsiz ingilis dili və informatika kursları təşkil olunacaq. Bu fənlərin seçilməsi təsadüfi deyil - ingilis dili və informatika müasir dövrdə şagirdlərin təhsil və karyera imkanlarını genişləndirmək baxımından əsas bilik sahələri hesab olunur. İngilis dili qlobal ünsiyyət vasitəsi kimi çıxış edərkən, informatika sahəsində bacarıqlar şagirdlərin texnologiya ilə ayaqlaşmasına və rəqəmsal dünyaya inteqrasiyasına dəstək verir.

Həmçinin açılış tədbirində şagirdlərə sığorta anlayışı, sığortanın əhəmiyyəti və əsas sığorta növləri ilə bağlı məlumat verilib.

“Təhsilə Doğru” layihəsi Lənkəranda yaşayan uşaqlar üçün əlavə təhsil imkanları yaradaraq onların intellektual və fərdi inkişafına töhfə verməyi hədəfləyir. PAŞA Sığorta gələcəkdə də bu kimi təşəbbüslərlə uşaqların təhsilinə və cəmiyyətin rifahına dəstək verməyə davam edəcək.

Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri