Paşinyan 2022 ci ilə qədər digər ölkələrin Ermənistana silah satmamasının səbəbini açıqlayıb
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2022-ci ilə qədər Ermənistana silah satmağa hazır olan yalnız bir ölkə var idi: Rusiya. Qalan ölkələr Ermənistana silah satmaqdan imtina etdilər.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deyib.
“2022-ci ilə qədər Ermənistana silah satmağa hazır olan yalnız bir ölkə var idi. Niyə qalanları satmadılar? Çünki onların sözlərinə görə, beynəlxalq səviyyədə tanınmış ərazimizi qorumaq üçün bizə satılan silahlardan istifadə edəcəyimizə dair heç bir zəmanət yox idi. Üstəlik, beynəlxalq səviyyədə tanınmış ərazimizdən kənarda istifadə edəcəyimizə əmin olduqlarını söylədilər və bu onlar üçün qəbuledilməz idi. Bu yol 6 oktyabr 2022-ci ildə ölkəmizin ərazi bütövlüyünü tanıdığımızı elan etdikdən sonra bizim üçün açıldı”, - Paşinyan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 13 Noyabr 2025 18:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















