Icma.az
close
up
RU
Paşinyan Aİİ dən çıxacaqlarının anonsunu verdi

Paşinyan Aİİ dən çıxacaqlarının anonsunu verdi

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan hökumətinin iyunun 27-dı keçirilən iclasında ölkənin geosiyasi kursunda növbəti dönüşün siqnalı kimi qiymətləndirilir. Rəsmi İrəvan faktiki olaraq Avrasiya İqtisadi İttifaqından (Aİİ) uzaqlaşma ssenarisini işə salıb. Bu proses Ermənistanın daha əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərini mərhələli şəkildə dondurmasına bənzəyir.

Turkustan.az xəbər verir ki, bu barədə erməni mediası yazır.
Baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan Aİİ-ni tərk etmir, əksinə, İttifaqın özü Ermənistandan uzaqlaşır və bunun doğurduğu problemlərə görə məsuliyyət biznes dairələrinin üzərinə düşür. "Partnyorlarımızın mənim iştirak etmədiyim vaxt qəbul etdikləri bəyanatla bağlı suallarım var və bunun praktikada nə demək olduğunu anlamalıyıq. Avrasiya İqtisadi İttifaqının istənilən üzvü digər üzvə münasibətdə belə qərarlar qəbul edib bir günün içində onları tətbiq edə bilərmi? Mənim qiymətləndirməmə görə, əgər cavab 'bəli'dirsə, deməli, Aİİ özünü ləğv etdiyini elan edir", – deyə Paşinyan bildirib.
Politoloq Beniamin Matevosiyanın şərhinə görə, Paşinyan bu açıqlama ilə Ermənistanın iqtisadi problemlərinə görə məsuliyyəti Aİİ tərəfdaşlarının üzərinə yönəldir. “Paşinyan İttifaqın "özünü ləğv etdiyini" iddia etməklə, yaranmış vəziyyətin səbəblərini Ermənistan hakimiyyətinin xarici siyasətində deyil, təşkilatın özündə axtarmağa çalışır. Baş nazir çıxışında bildirib ki, Ermənistan məhsullarının nümunələri artıq 16 müxtəlif istiqamət üzrə yeni bazarlara göndərilib və bundan sonrakı nəticəni bazar müəyyən edəcək. Bu fikirlər dövlətin yerli istehsalçılar qarşısındakı məsuliyyətindən geri çəkilməsi kimi qiymətləndirilir. Baş nazir sahibkarları əvvəlki bazarlarını itirdikləri bir vaxtda yeni ixrac istiqamətlərini öz gücləri hesabına tapmağa çağırır. Halbuki həmin bazarların itirilməsi hökumətin yürüdüyü siyasi kursla əlaqəlidirr” deyə, politoloq bildirib.
Baş nazir daha sonra üzümçülük sahəsində saxtakarlıqlara son qoyulacağını bildirib. "Ermənistanda artıq üzüm tədarükü ilə bağlı saxta rəqəmlər olmayacaq. Biz artıq dil tökməklə işləməyəcəyik", Paşinyan vurğulayıb. Bu bəyanat da Ermənistanın ixrac problemlərinə görə məsuliyyətin sahibkarların üzərinə qoyulması kimi qiymətləndirilir. Baş nazir faktiki olaraq Rusiya bazarının bağlanmasını məhsulların keyfiyyəti və istehsalçılar tərəfindən yol verilən saxtakarlıqlarla əlaqələndirir.
Politoloq həmçinin bildirilib ki, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti Ermənistanın əsas iqtisadi tərəfdaşları ilə münasibətlərinə mənfi təsir göstərir. Müəllif hesab edir ki, baş nazir daxili auditoriya qarşısında məsuliyyəti sahibkarların üzərinə atmağa çalışsa da, bu addımların ölkə iqtisadiyyatı üçün yaratdığı riskləri gizlətmək mümkün olmayacaq.

/Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 İyun 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see942

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see400

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see351

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see339

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see316

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see309

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see271

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see269

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see250

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see184

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri