Icma.az
close
up
RU
Paşinyan Azərbaycan məscidində niyə “namaz qıldı”?

Paşinyan Azərbaycan məscidində niyə “namaz qıldı”?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“İran Prezidenti Məsud Pezeşkian ölkəsinin regional balans siyasətini təmin etmək üçün Ermənistana gedib. Xatırladım ki, o, apreldə Prezident İlham Əliyevin dəvəti ilə Bakıda, iyulda isə İƏT sammiti çərçivəsində Xankəndidə olmuşdu. Bu səfərlər 2021-2023-cü illərdə kəskinləşən İran-Azərbaycan münasibətlərinin bərpasından sonra ikitərəfli münasibətlərə tamamilə yeni bir ruh, müsbət impuls bəxş edib. Bununla belə, İranın konservativ dairələrində rəsmi Bakı ilə münasibətlərə skeptik yanaşılıb”.

Bu sözləri Globalinfo.az-a siyasi şərhçi Şəhla Cəlilzadə İran Prezidenti Məsud Pezeşkianın Ermənistana səfərini şərh edərkən deyib.

O bildirib ki, İranda son illərdə Azərbaycana qarşı haqsız kampaniyalar aparılıb, ittihamlar səsləndirilib:

Azərbaycanı NATO-nun “regional forpostu” kimi təqdim etməyə çalışdılar və İranın Ermənistanla münasibətləri inkişaf etdirməsinin zəruri olduğunu dedilər. Biz II Qarabağ müharibəsində İranın Ermənistana yardımlarını da unutmuruq. Beləliklə, İran-Ermənistan münasibətləri həm Azərbaycanla münasibətləri balanslaşdırmaqdan ötrü İranda vacib hesab olunur, həm də Tehranın “qırmızı xət”lərinin qorunması, regional təhlükəsizlik anlayışının təmin olunması çərçivəsində inkişaf etdirilir. Belə ki, İranın Şimalla, o cümlədən Rusiya və Avropa ilə əlaqəsi hazırda önəmli ölçüdə Ermənistan üzərindən təmin olunur.

“Tramp yolu” adı altında Zəngəzur dəhlizinin açılması barədə Vaşinqton razılaşmasının əldə olunmasından bəri konservativ dairələrdə narahatlıqlar birə beş artıb. Bu narahatlıqları aradan qaldırmaq üçün Ermənistan XİN rəsmiləri bu yaxında İrana səfər etmiş, nazir müavini Kostanyan İRNA-ya müsahibə vermiş, o və ondan öncə Baş nazir Paşinyan açıq mətnlə bildirmişlər ki, regional kommunikasiyaların açılması İran üçün təhdid yox, yeni imkanlar deməkdir. Məsələn, İran-Ermənistan arasındakı yeganə keçid – Nurduz keçid məntəqəsindən İrəvana məsafə 382 km, 7 saata yaxın yol varsa, Zəngəzur dəhlizinin açılışından sonra bu dəhlizin bir uzantısı İranın İrəvana yolunu daha da qısalda, rahatlaşdıra, ordan isə Gürcüstan üzərindən Qara dənizə çıxış imkanı təmin edə bilər. Beləliklə, Fars Körfəzi ilə Qara dəniz arasında yeni kommunikasiya imkanı formalaşar. Pezeşkianın İrəvana səfəri çərçivəsində bu məsələlər də müzakirə olunmaqdadır”.

Həmçinin oxuyun:

“Bu, bütün türk dünyasının qələbəsidir” – Vaşinqton bəyannaməsi beynəlxalq ekspertlərin ŞƏRHində

Şəhla Cəlilzadə

Siyasi şərhçi qeyd edib edib ki, bütün bunlarla yanaşı, İranın anti-Azərbaycan dairələri hər vəchlə ölkəmizi hədəf almağa çalışırlar:

“Əvvəllər iddia edirdilər ki, guya Azərbaycan Zəngəzuru işğal edərək coğrafi xəritəni dəyişmək, İranı təcrid etmək istəyir, halbuki Azərbaycan Prezidenti dəfələrlə bəyan edirdi ki, biz Zəngəzura tankla yox, sülh yolu ilə qayıdacağıq. İranın bununla bağlı yanlış arqumentini darmadağın edən Vaşinqton razılaşmasından bəri isə bu dairələr başqa bir isterik arqumentə bağlanıblar: guya Azərbaycan NATO-nu İran sərhədinə gətirir və Bakının Ermənistan üzərində qələbəsi olmasaydı, bütün bunlar baş verməzdi. Beləliklə, bu dairlərin 30 ildir işğal siyasəti aparan Ermənistana deməyə sözü yox ikən, indi də faktiki ABŞ-la öz ərazisində razılaşan Ermənistana deməyə sözləri yoxdur”.

Ş.Cəlilzadə vurğulayıb ki, Ermənistan siyasi rəhbərliyi İranı öz ikibaşlı mövqeyi ilə “əmin etməyə” qadirdir:

“Paşinyan elə buna görə Göy məsciddə Pezeşkianla birgə “namaz qıldı”. Azərbaycan isə qalib və qürurludur. Sərt ritorika qarşısında heç zaman boyun əyməyib və yad dəyərlərə bürünməyib. Beləcə, qələbənin ilk günlərindən bəri Azərbaycanın təklif və tələbləri bu gün reallaşır. Ermənistan isə bunun İran üçün “təhlükəsiz” olduğunu böyük dəstəkçilərinə “başa salır”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Avqust 2025 21:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see366

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see364

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see343

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see338

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see337

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see308

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see303

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see295

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see273

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see270

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see249

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see244

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see228

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see208

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see208

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see202

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see200

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see199

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see177

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri