Paşinyan: Bəzi qüvvələr kilsəni dövlətə qarşı yönəltməyə çalışır, buna imkan verməyəcəyik
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Müəyyən qüvvələr Erməni Kilsəsindən dövlətə qarşı alət kimi istifadə etməyə cəhd göstərir.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu fikirləri Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Kilsəsinin yenilənməsi şüarı altında keçirilən kütləvi yürüşün yekununda çıxışı zamanı deyib.
Baş nazir bildirib ki, bəzi qüvvələr Erməni Kilsəsini Ermənistan Respublikasına qarşı yönəlmiş addımlar üçün dayaq nöqtəsinə çevirməyə çalışırlar.
“Bizim doğma kilsəmizi, müqəddəs dəyərimizi dövlətimizə qarşı istifadə etmək istəyirlər. Mən Ermənistanın Baş naziri olaraq bəyan edirəm ki, buna imkan verməyəcəyik”, – Paşinyan vurğulayıb.
Paşinyan hökumətin kilsəyə qarşı fəaliyyət göstərməsi ilə bağlı ittihamları rədd edib: “Hökumət kilsəyə qarşı hərəkət etməyib, etmir və heç vaxt edə bilməz”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 06 Yanvar 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















