Icma.az
close
up
RU
Paşinyan blef edir: “Təbrik siyasəti” heç bir şəkildə sülhə yaxınlaşdırmır

Paşinyan blef edir: “Təbrik siyasəti” heç bir şəkildə sülhə yaxınlaşdırmır

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Ermənistanın baş naziri Nikol Paşinyanın Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik etməsi pozitiv və tarixi siqnaldır. Çünki indiyə qədər heç bir erməni lideri Azərbaycan xalqını hansısa bayram münasibətilə təbrik etməyib”.

Bu barədə Bakıvaxtı.az-a tanınmış jurnalist, analitik Fuad Abbasov Nikol Paşinyanın ilk dəfə olaraq Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik etməsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, tarixən Ermənistan rəhbərliyi xalqımıza, ölkəmizə qarşı daim düşmən münasibətində olub:

“Başda Sarkisyan, Köçaryan və Ter-Petrosyan olmaqla, onlar Azərbaycana qarşı apardıqları düşmənlik siyasətini alət kimi istifadə edərək, siyasi ömürlərini uzatmağa çalışıblar. Bu mənada Paşinyanın məlum təbrikini poztiv addım kimi qiymətləndirmək olar”.

Müsahibimiz vurğulayıb ki, amma bu, sülh müqaviləsi imzalamaq üçün bir yol, səbəb deyil. Çünki sülh müqaviləsinin mətnində Zəngəzur dəhlizinin işə salınmasına dair Azərbaycan tələbi var. Ermənistan isə bunu suveren torpaqlarına müdaxilə kimi qiymətləndirir:

“Ermənistanın konstitusiyasına dəyişiklik tələbi var ki, rəsmi İrəvan bunu Azərbaycanın suverenliyinə təhdid kimi görmür. Ermənistanın daxili siyasətində ona qarşı çıxan qüvvələr var. Paşinyanı müharibəni uduzmaqda ittiham edirlər. Başda Köçaryanın oğlu olmaqla, Köçaryan-Sarkisyan cütlüyünün varisləri bu amildən çox məharətlə istifadə edib, Paşinayana qarşı siyasət aparırlar”.

F.Abbasov qeyd edib ki, Rusiya, Fransa və İran həmişə Ermənistanı Azərbaycana qarşı istifadə edib və bundan sonra da istifadə etməyə davam edəcəklər:

“Azərbaycanla Ermənistan arasında sülhün imzalanması bu ölkələrə sərf etmir. Baxın, Fransa həm Ermənistanın Gorus rayonunda Fəxri Konsulluq açdı, həm də öz müşahidəçilərini ora yerləşdirdi. Düzdür, bu, Rusiya və İranın xoşuna gəlmir, amma Ermənistan frankafoniya fəaliyyətlərinə davam edir”.

Fuad Abbasov, politoloq

Həmsöhbətimiz onu da əlavə edib ki, Ermənistanın Baş naziri Azərbaycana qarşı torpaq iddiasını səsləndirməsə də, bu ölkədə bəzi dairələr torpaq iddialarını revanşist düşüncələrlə dilə gətirməyə davam edirlər:

“Bütün bunları nəzərı alaraq, demək olar ki, Paşinyanın Azərbaycan xalqını bayram münasibətilə təbrik etməsi heç bir şəkildə Azərbaycan və Ermənistanı sülh müqaviləsi imzlamağa yaxınlaşdırmır. Ermənistanın qəbul etməli olduğu çox ciddi məsələlər var. Onların nə zaman qəbul ediləcəyi zaman məsələsidir. Çünki Azərbaycan prezidenti açıq şəkildə bildirmişdi ki, Zəngəzur dəhlizi ya sülh yolu ilə, ya da hərbi yolla açılmalıdır”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ilk dəfə olaraq Azərbaycan xalqını Qurban bayramı münasibətilə rəsmi şəkildə təbrik edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Paşinyan təbrikində hər iki xalq üçün sülh və rifah arzulayıb.

Aydın Baxış

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 10 İyun 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri