Icma.az
close
up
RU
Статья не опубликована
Paşinyan bu yanaşma ilə Ermənistanı gələcək təhlükələrdən xilas edə bilər AÇIQLAMA

Paşinyan bu yanaşma ilə Ermənistanı gələcək təhlükələrdən xilas edə bilər AÇIQLAMA

Aznews.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Əlbəttə ki, Paşinyanın “Biz Qarabağ hərəkatını davam etdirmək niyyətində deyilik” fikri müsbət mesaj kimi dəyərləndirilməlidir. Mən düşünürəm ki, o, reallıqları nəzərə alaraq bu siyasətin perspektivsiz və təhlükəli olduğunu anlayır və eyni zamanda bunu Ermənistan cəmiyyətinə izah etməyə çalışır. Lakin Paşinyanın ənənəvi olaraq hər hansı bir məsələni başqa bir şərtə bağlamaq vərdişi onun bu məsələnin birmənalı həllinə tam hazır olmadığını göstərir. Nəzərə almaq lazımdır ki, o, bu bəyanatını da Qərbi azərbaycanlıların geri dönüşü məsələsi ilə əlaqələndirməyə çalışır ki, bu da yanlışdır. Azərbaycan Qarabağda yaşayan ermənilərlə bağlı mövqeyini açıq şəkildə bəyan edib. Bu məsələ dəfələrlə Azərbaycanın ən yüksək səviyyədə səsləndirdiyi bir mövzudur”

Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupunun ləğvini müzakirə etməyə hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. O qeyd edib ki, “Biz ATƏT-in Minsk Qrupunun buraxılmasını müzakirə etməyə hazırıq, çünki ‘Qarabağ hərəkatını’ davam etdirmək niyyətində deyilik. Bunu ona görə edirik ki, bundan sonra Azərbaycanın ‘Qərbi Azərbaycan’ ifadəsini yaratmağa davam etməyəcəyinə əmin olaq.”

Politoloq bildirib ki, Azərbaycan dövləti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasında maraqlıdır və bunun üçün xüsusi proqram hazırlayıb.

“Bu plan erməni tərəfinə təklif edilsə də, Qarabağdakı ermənilər müxtəlif səbəblərdən onu qəbul etməyərək Ermənistana könüllü şəkildə köçüblər. Buna baxmayaraq, Azərbaycan onların geri dönməsinə hazır olduğunu bəyan edib və hətta bu məqsədlə xüsusi portal da yaradıb. Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən şəxslər həmin portal vasitəsilə müraciət edə bilərlər. Amma eyni vəziyyəti Ermənistan üçün söyləmək mümkün deyil. Son dörd il ərzində Ermənistan hakimiyyəti sülh danışıqlarında Qərbi azərbaycanlıların geri dönüşü məsələsindən yayınmağa çalışıb və bu mövzunun gündəmə gəlməsini istəməyib. Yəni, bu iki məsələ tamamilə fərqlidir. Azərbaycan Qarabağda yaşayan ermənilərin Azərbaycan vətəndaşı kimi yaşamasına və onlara hər cür şərait yaradılmasına hazırdır, lakin Ermənistan eyni addımı atmağa hazır deyil. O ki qaldı ATƏT-in Minsk qrupunun buraxılması məsələsinə, Ermənistan Azərbaycanla birlikdə bu qurumun ləğvi üçün müraciət etməyə hazırdırmı? Əgər belə bir addım atılarsa, mən düşünmürəm ki, bu, Ermənistanın Fransa, ABŞ və ya digər müttəfiqləri ilə münasibətlərinə ciddi təsir edəcək. Çünki faktiki olaraq Minsk Qrupu artıq fəaliyyət göstərməyən bir qurumdur və onun missiyası çoxdan başa çatıb. Sadəcə olaraq, hüquqi cəhətdən buraxılması lazımdır ki, bu məsələ tam şəkildə yekunlaşsın”.

Politoloq sonda əlavə edib ki, Paşinyanın “Qarabağ hərəkatını davam etdirmək niyyətində deyilik” bəyanatı müsbət dəyərləndirilməlidir:

“Əgər onun hakimiyyəti bu məsələdə səmimi və konstruktiv davranarsa, bu, Ermənistanın siyasətində ciddi dəyişikliklərin baş verdiyini göstərəcək. Düşünürəm ki, Paşinyan bu yanaşma ilə Ermənistanı gələcək təhlükələrdən xilas edə bilər. Əlbəttə, ümid edirik ki, bu bəyanat Paşinyan tərəfindən səmimi şəkildə irəli sürülüb və həyata keçiriləcək. Əgər belə olarsa, bu, bölgədə sülh və əmin-amanlığın təmin olunmasına mühüm töhfə verəcək. Yox əgər bu, sadəcə ritorikadan ibarət olarsa, şübhəsiz ki, gələcəkdə yeni gərginliklərin və qarşıdurmaların yaranmasına səbəb olacaq. Buna görə də Ermənistan hakimiyyəti bütün reallıqları düzgün qiymətləndirərək, bu ideyadan əl çəkməli və cəmiyyətə də bunu aşılamağa çalışmalıdır”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 30 Mart 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see225

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see212

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see202

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see202

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see176

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see172

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see165

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see159

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see154

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see143

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see142

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see142

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see141

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see139

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri