Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

Yüksək qan təzyiqi yaddaşı pozur

Paşinyan “Dünyanı kəsişdirmək”dən əl çəkmir

Paşinyan “Dünyanı kəsişdirmək”dən əl çəkmir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İrəvanın sülhdən yayınma vurnuxması

Ermənistan baş naziri Nikol Paşinyan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya Kansleri Olaf Şoltsa görüşüb. Tərəflər Almaniya – Ermənistan münasibətləri ilə yanaşı, Cənubi Qafqazda sülh perspektivlərini müzakirə ediblər. Baş nazir N.Paşinyan bu baxımdan rəsmi İrəvanın irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsi üzərində dayanıb və bildirib ki, təşəbbüs bərabərlik və suverenlik əsaslarını rəhbər tutmaqla, Azərbaycan və Ermənistan arasında sülh prosesinin inkişafını hədəfləyir. 

Kansler Şolts ölkəsinin Ermənistanda demokratik islahatlara və regionda barış mühitinin formalaşmasına dəstəyini ifadə edib. Demokratiya məsələləri bir yana, Almaniya Kanslerinin söylədiklərini Paşinyanın “Dünyanın kəsişməsi” ideyasına lobbiçiliyi kimi qəbul etməmək də mümkündür. Yəni, demək olar ki, rəsmi Berlin ümumən Cənubi Qafqazda sülhün formalaşmasına səy göstərir, detallar onu maraqlandırmır. 

Amma nəzərə alaq ki, Avropada erməni məsələsinə sırf İrəvanın pəncərəsindən baxış bucağının aktuallaşdığını söyləmək üçün bəzi meyillər nəzərə çarpmaqdadır və hazırkı Almaniya rəhbərliyi də həmin meyillərdən kənarda deyil, özünü onlardan sığortalayacaq potensialda görünmür. Başqa sözlə desək, Fransa və onun ermənipərəst peykləri hansı ampluadadırlarsa, Almaniya da eyni durumdadır. Şoltsun da müstəqil davranış xətti nəzərə çarpmır...

Əlqərəz, baş nazir N.Paşinyan son günlər “Dünyanın kəsişməsi” təşəbbüsünü müxtəlif beynəlxalq tribunalarda qaldırmaqdadır. Nəinki qaldırmaqda, onu regionda sülhün başlıca komponenti qismində təbliğ etməkdədir. Belə nəticə hasil olur ki, rəsmi İrəvan Bakı ilə barışı yalnız “Dünyanın kəsişməsi” prizmasından görür və başqa ssenariyə hazır deyil. 
Diqqət yetirək, “Dünyanın kəsişməsi” Azərbaycanın Zəngəzur dəhlizi təşəbbüsünə zidd olaraq irəli sürülüb. Məqsəd Ermənistanı regional kommunikasiyalarda açar fiqura çevirməklə, ümumən erməni avantürizmini diri saxlamağa xidmət edir. Deməli, “Dünyanın kəsişməsi” Ermənistana maddi və mənəvi dividend qazandıracaq, nəticədə ölkə güclü olacaq. Güclü olacaq ki, barəsində söz açdığımız avantürizm yaşasın. 

Azərbaycan təklif edir ki, Naxçıvana maneəsiz yol məntiqinə əsaslanmış Zəngəzur dəhlizində hansısa sərhəd və gömrük nəzarəti tətbiq edilməsin. Ölkəmiz bunu həm tarixi nöqteyi-nəzərdən, həm də mövcud reallıqlar kontekstində bildirir. Tarix budur ki, Zəngəzur Azərbaycan torpağıdır. Reallıq isə ondan ibarətdir ki, 44 günlük müharibəyə son qoymuş 10 noyabr 2020-ciil tarixli üçtərəfli Bəyanatda Naxçıvana yolla bağlı xüsusi müddəa var. Ermənistan yolun maneəsizliyinə təminat verməlidir.                

Ermənistan bunu etmək istəmir və “Dünyanın kəsişməsi”nə əsasən özünün ərazi bütövlüyü və suverenliyi mənqtini qabardır. Əsas məqam isə budur ki, rəsmi İrəvan məsələni Azərbaycan – Ermənistan sülhünün tərkib hissəsi qismində görür. Belə təsəvvür yaranır ki, Naxçıvana yol “Dünyanın kəsişməsi”ndən keçməyəcəksə, rəsmi İrəvan başqa duruma qarşı cəbhə açacaq. Halbuki, Azərbaycan məsələni belə qoymur. Ölkəmiz bu qənaətdədir ki, əgər Ermənistan üçtərəfli Bəyanatla üzərinə düşəni yerinə getirmək istəmirsə, deməli, Naxçıvana yol İran ərazisindən keçəcək. Ermənistan dildə buna qarşı bir söz demir. Amma...

Bəli, Paşinyan bütün platformalarda “Dünyanın kəsişməsi”ni sülhün komponenti qismində irəli sürüb onun təbliğatını aparırsa, deməli, digər ssenarilər Ermənistan və eyni zamanda, havadarları üçün məqbul deyil. Rəsmi İrəvanın sürətlə silahlanması isə onu deməyə əsas verir ki, Ermənistanda həmin ssenarilərə qarşı cəbhə açmağı düşünürlər. O zaman sual olunur: Almaniya Ermənistanı bu baxımdanmı dəstəkləyəcək? Cənab Şoltsu necə anlayaq? Əlbəttə, bilirik ki, Şolts Fransa prezidenti Emmanuel Makron deyil. Amma Almaniyanın Fransanın dirijor çubuğu ilə hərəkətə gəlməyəcəyinə dair təminat da yoxdur. 

Nəzərə alaq ki, hazırda Azərbaycan – Ermənistan şərti sərhədinin Ermənistan tərəfində keşik çəkən Avropa İttifaqının mülki müşahidə missiyasının tərkibi fransız jandarmları ilə yanaşı, pensiyada olan alman hərbçilərindən də təşkil olunub. Bu, o missiyadır ki, gələcəkdə NATO-nun təsisatına çevrilməsi nəzərdə tutulur. Yəqin, erməni avantürizminin mövcudluğu şəraitində planın nə dərəcədə təhlükəli olduğunun fərqinə vardınız.               

Aİ-nin müşahidəçilərindən söz düşmüşkən, bir xarakterik cəhətə də toxunaq. Paşinyan hakimiyyətinin sülhün “Dünyanın kəsişməsi” seqmentinin təbliğatını aparması ilə paralel şəkildə dünyada Ermənistanın müdafiəsinin zəruriliyi amilinə dair rəy formalaşdırılır. Bu iki məsələ birlikdə təqdim olunur. Elə buradan da görmək mümkündür ki, “Dünyanın kəsişməsi”, əslində, sülhü deyil, erməni ­avantürizmini qorumaq məramına hesablanıb. Üstəlik, mövcud müstəvidə ­Ermənistan ­demokratiyasının qorunması kazusu da var. Bir növ, Ermənistan Cənubi Qafqazda demokratiyanın qalası kimi qəbul edilir. 

İstər-istəməz yada, 44 günlük müharibədən əvvəlki durum düşür. O vaxt da Ermənistanın, “demokratik ölkə”, Paşinyanın isə “demokratiyanın qladiatoru” obrazı formalaşdırılırdı. Nəticədə “qladiator”, yəni Paşinyan Azərbaycanla sülh danışıqlarını pozdu. Həm pozdu, həm də “Qarabağ Ermənistandır və nöqtə” bəyanatını səsləndirdi, “yeni ərazilər üçün yeni müharibə” şüarını irəli sürdü. Necə deyərlər, eyni dalğa, eyni koordinat. Fərq yalnız “Dünyanın kəsişməsi”ndədir.
\Sonda bir daha deyək ki, hazırda “Dünyanın kəsişməsi” Ermənistanın Azərbaycana qarşı çıxmasının, bütövlükdə Cənubi Qafqazda sülhə meydan oxumasının başlıca indikatoru rolunda çıxış etməkdədir. Avropanın ayrı-ayrı paytaxtlarından Ermənistanı dəstəkləmək yönündə bəyanatların səslənməsi isə rəsmi İrəvanın düşdüyü illüziya bataqlığındakı mövqeyini daha da möhkəmləndirir. Hadisələrin hansı səmtə doğru inkişaf edəcəyini zaman göstərəcək. Hər bir halda, Azərbaycan öz prinsiplərindən geri çəkilməyəcək. 

Ə.CAHANGİROĞLU 
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see377

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see336

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see304

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see284

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see256

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see252

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see247

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see236

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see235

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see234

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see226

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see217

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see213

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see206

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see196

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see186

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see186

Bakıda “Zəfər Günü Qürur günümüz” adlı musiqili bədii proqram təqdim olunub

02 Noyabr 2026 21:00see184

Akademik insan həyatından illəri “oğurlayan” xəstəlikləri sadaladı

02 Noyabr 2026 18:25see182

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri