Icma.az
close
up
RU
Paşinyan düyməyə basdı: Rusiyanın Günrüdəki bazası Ermənistandan çıxarılır? YENİ MƏQAMLAR KONKRET

Paşinyan düyməyə basdı: Rusiyanın Günrüdəki bazası Ermənistandan çıxarılır? YENİ MƏQAMLAR KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistananın Qərb siyasəti Rusiyada birmənalı qarşılanmır və Moskva dəfələrlə İrəvana xəbərdarlıq edib. Paşinyan isə siyasi kursunu dəyişmək fikirində deyil və Avropa İttifaqına inteqrasiya siyasətini davam etdirir. Bunun nəticəsidir ki, Rusiya hərbçiləri İran və Türkiyə sərhədlərindən çıxarılır. Əslində Ermənistanda əl-qolu bağlanan Rusiyanın Gümrüdə hərbi bazası mövcuddur və iktərəfli müqaviləyə görə həmin baza 2044-cü ilə qədər bu ölkədə fəaliyyət göstərməlidir. Bəs Gümrüdəki hərbi baza vaxtından əvvəl Ermənistanı tərk edə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi şərhçi Oqtay Qasımov bildirib ki, hələlik bu real deyil:

“Nikol Paşinyanın Avropayla yaxınlaşmaq və Rusiya ilə məsafə saxlamaq siyasətinin nəticəsi olaraq biz keçən ilin avqustunda Zvarnots hava limanından Rusiya sərhədçilərinin çıxarılmasının şahidi olduq. Bunun ardınca İran və bu yaxınlarda da Türkiyə sərhədindən Rusiya hərbçiləri çıxarıldılar. Onlar öz yerlərini Ermənistan sərhədçilərinə verdilər. Şübhəsiz ki, hər bir müstəqil dövlətin əsas vəzifəsi öz sərhədlərinin mühafizəsini təmin etməkdir. Ermənistan müstəqillik qazandığı illər ərzində bunu Rusiya həyata keçirirdi. Rusiya sərhəd qoşunlarının Ermənistan sərhədlərindən uzaqlaşdırılması Gümrüdəki 102-ci bazanın çıxarılması demək deyil. 2025-ci ilin başlanğıcından bəri dünyada geosiyasi vəziyyət köklü şəkildə dəyişməkdədir. Bayden administrasiyası Rusiyaya qarşı təcridetmə siyasəti həyata keçirsə də indi vəziyyət dəyişib. Hazırda Tramp Rusiya ilə əməkdaşlıq siyasəti aparır. Faktiki olaraq tərəflər artıq masaya oturublar. Prosesin gedişi onu göstərir ki, qarşıdakı dönəmdə biz ABŞ və Rusiya prezidentlərinin görüşünün şahidi ola bilərik. Trampın Ukraynaya qarşı tutduğu mövqe onu göstərir ki, proseslər Putinin arzuladığı ssenari üzrə gedir. Əgər Rusiya Ukraynadan istədiyini ala bilsə, o zaman Cənubi Qafqaza yenidən diqqətini artıracaq və bölgədən çıxma kimi məsələlər də arxa plana keçəcək. Bu gün “Teleqram” kanallarında 102-ci bazadan avto kalaonların, hərbi texnikaların çıxması və onların müxtəlif istiqamətlərdə hərəkət etməsi nümayiş olunur. Rusiya bununla sübut etməyə çalışır ki, onun hərbi bazası yerindədir və 2044-cü ilə qədər Ermənistan ərazisində qalmasında israrlıdır. Dəyişən şərtlər yaxın dövrlər üçün real görünmür”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri