Icma.az
close
up
RU
Rusiyanın NATO QORXUSU: Pərdəarxasında hansı məqamlar var? ANALİZ KONKRET

Rusiyanın NATO QORXUSU: Pərdəarxasında hansı məqamlar var? ANALİZ KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın xarici siyasətində ən vacib amillərdən biri, NATO məsələsidir.Belə ki, Rusiyanın Şimali Atlantika Alyansından qorxduğu heç kimə sirr deyil. Elə bu səbəbdən də rəsmi Moskva Alyansın Rusiya sərhədlərinə yaxınlaşmasını istəmir. qorxudur. Bu qorxu yalnız bu günlə məhdudlaşmır; Sovetlər Birliyi dövründən indiyədək uzanan tarixi bir refleksin davamıdır. Soyuq Müharibə dövründə NATO ilə Varşava Paktı arasında dünya iki düşərgəyə bölünmüşdü. 1991-ci ildə Sovetlər Birliyi dağıldıqdan sonra Rusiya Varşava Paktını itirdi, lakin NATO fəaliyyətini davam etdirdi və genişlənməyə başladı. Mərkəzi və Şərqi Avropa ölkələrinin bir-bir NATO-ya üzv olması Moskvada “Qərb tərəfindən mühasirəyə alınma” narahatlığını artırdı.

KONKRET.az xəbər verir ki, Rusiya üçün NATO yalnız hərbi ittifaq deyil, həm də Qərbin siyasi və geosiyasi gücünün bir simvoludur. Moskva rəhbərliyinə görə NATO-nun sərhədlərinə yaxınlaşması Rusiyanın suverenliyinə birbaşa təhdiddir. Bu səbəbdən Rusiya yalnız öz təhlükəsizliyi ilə kifayətlənmir, eyni zamanda bölgə ölkələrinə Qərblə yaxınlaşmamaları üçün təhdid edir. Kreml qonşu dövlətlərə davamlı olaraq “NATO-dan uzaq durun” mesajı verir. Hərçənd, diqqətçəkən məqam odur ki, bu təhdidlərin Rusiyanın real təhlükəsizliyi ilə birbaşa əlaqəsi yoxdur. Ukrayna, Gürcüstan və ya Orta Asiyadakı ölkələrin Qərblə əməkdaşlığı Rusiyanın mövcudluğunu ortadan qaldıracaq bir vəziyyət deyil. Odur ki, Moskvanın bu təzyiqləri daha çox öz regional hegemoniyasını qorumaq məqsədi daşıyır.

2014-cü ildə başlayan Ukrayna böhranı və 2022-ci ildəki Rusiya-Ukrayna müharibəsi Rusiyanın NATO-ya qarşı duyduğu paranoyanın ən konkret göstəricisidir. Moskva Ukraynanın NATO-ya üzv olmaq ehtimalını “qırmızı xətt” kimi qiymətləndirib və bu səbəbdən hərbi müdaxiləsini legitimləşdirməyə çalışıb. Halbuki, Ukraynanın NATO perspektivi Rusiyanın milli təhlükəsizliyinə real təhdid yaratmır.

Rusiyanın NATO qorxusu yalnız hərbi məsələ deyil, həm də psixoloji və tarixi bir travmadır. Moskvanın bölgə ölkələrini Qərbdən uzaq durmaları üçün təhdid etməsi isə heç bir beynəlxalq hüquqi əsasa dayanır. Çünki hər bir ölkənin öz müstəqil seçim haqqı var. Bu səbəbdən Rusiyanın qorxusu və təzyiqləri təhlükəsizliklə bağlı deyil, yalnız imperial iddialarının davamıdır.

Natiq Səlim

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://konkret.az
archiveBu xəbər 26 Avqust 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see198

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see197

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see195

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see193

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see185

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see173

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see165

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see162

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see157

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see152

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see148

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see140

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see140

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see138

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see133

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri