Icma.az
close
up
RU
Paşinyan Əliyevi niyə kofe içməyə dəvət etdi? Tirana görüşünün pərdəarxası

Paşinyan Əliyevi niyə kofe içməyə dəvət etdi? Tirana görüşünün pərdəarxası

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Gedək kofe içək?”
“Görüşlərim var, danışıqlardan sonra gələcəm”.

Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Tiranada baş tutan bu qısa dialoq ötən həftənin əsas gündəminə çevrildi.

Globalinfo.az publika.az-a istinadən xəbər verir ki, mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısının qeyri-rəsmi hissəsi – kulislərdə ayaqüstü müzakirələr və liderlərin ikitərəfli görüşlərindən yayılan kadrlar diqqət çəkirdi.

Fransa prezidenti Emmanuel Makronun Prezident İlham Əliyevlə münasibətləri bərpa etmək cəhdi, daha sonra hər iki liderin Paşinyana baxaraq gülməsi, maraqlı kadrlardandır.

Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın Paşinyanı yanlarına çağırması, erməni baş nazirin bunu sevinclə qarşılaması da diqqət çəkdi. Ərdoğanın Paşinyana “əla” mənasını verən əl işarəsi göstərməsi də diqqətdən yayınmadı.

Əliyevlə Paşinyanın söhbəti isə xüsusilə önəmli idi. Çünki Azərbaycan və Ermənistan sülh sazişi mətnini razılaşdırdıqdan sonra liderlər ilk dəfə canlı təmas qururdular. Paşinyan Əliyevi kofe içməyə dəvət etdi. Bəlli idi ki, erməni baş nazir Azərbaycan lideri ilə müzakirə aparmaq istəyir. Paşinyanın nədən danışmaq istədiyini təxmin etmək çətin deyil. Söhbət 17 maddədən ibarət olan razılaşdırılmış mətn çərçivəsində sülh sazişinin tezliklə imzalanmasından gedir. Rəsmi İrəvan hər fürsətdə bunu dilə gətirir. Paşinyanın heç bir liderlə yox, məhz Əliyevlə dərhal müzakirə aparmaq istəyinin də bundan qaynaqlandığını ehtimal etmək olar.

Prezident İlham Əliyev isə “kofe təklifini” dərhal qəbul etmədi və “görüşlərim var, sonra” cavabı ilə əslində Paşinyanla müzakirələrin onun üçün prioritet olmadığı mesajını verdi. Çünki 17 maddəlik mətnin razılaşdırılmasından sonra Prezident İlham Əliyev sülh sazişinin imzalanması üçün iki şərt irəli sürüb: Ermənistan konstitusiyasının dəyişdirilməsi; ATƏT-in Minsk qrupunun de-yure buraxılması;

Əliyev şərtlərini elan edib və Ermənistanın cavabını gözləyir. Rəsmi İrəvan isə hər iki məsələdə adekvat mövqe sərgiləmir, müxtəlif manevrlərlə bu şərtlərdən yayınmağa çalışır. Paşinyan Tiranada Əliyevlə görüşdən öncə də Azərbaycan İctimai Televiziyasına müsahibəsində hər iki məsələyə münasibət bildirdi və qeyri-konstruktiv mövqeyini davam etdirdi.

Erməni baş nazirin Prezident İlham Əliyevi kofeyə dəvət etməsi də iki məqsəddən qaynaqlana bilərdi.

Birincisi, Bakının əlavə şərtlərinin arxa plana keçirilməsi və sülh sazişinin indi imzalanmasını müzakirə etmək, mümkünsə, razılaşdırmaq;
İkincisi, danışıqlar prosesinin davam etdirilməsinə nail olmaq, çünki İrəvan sülh sazişini öz maraqlarına uyğun formada qısa müddətdə imzalanacağına ümidlərini itirmir, digər tərəfdən, müzakirələrin dayanmasının risklər yaradacağından qorxur;

Paşinyan nəhayət Əliyevlə görüşməyə nail oldu. Kofe masası ətrafında aparılan müzakirələrdə nələrdən bəhs edildiyi bəlli deyil. Ermənistan tərəfinin yaydığı məlumatda deyilir ki, görüşdə İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub, tərəflər sülh sazişi mətninin razılaşdırılmasını önəmli addım kimi dəyərləndiriblər və bu istiqamətdə prosesin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu o deməkdir ki, Əliyev Paşinyana hər şeyin sülh sazişi mətnində əks olunan 17 maddədən ibarət olmadığını, digər məsələlərin həll edilməsi şərtini birbaşa çatdırıb. “Prosesin davam etdirilməsi” razılığı Paşinyanın Əliyevin mövqeyini qəbul etdiyi fikrini önə çıxarır, əslində mövcud şərtlər də Ermənistanın Azərbaycanla razılaşmadan başqa çıxış yolunun olmadığını təsdiq edir.

Ermənistan mediası və siyasi ekspert cameəsi isə narahatdır. Ermənilər hesab edirlər ki, Tiranada kofe masası ətrafında aparılan söhbət Paşinyanın Əliyev qarşısında geri çəkilməsi və Bakının tələblərinin qəbul edilməsindən ibarət olub.

“Zham” saytı yazır: “Belə görüşlər, bir qayda olaraq Ermənistanın güzəştə getməsi və fəlakətli hadisələrlə üzləşməyimizlə müşaiyət olunur”.

Erməni politoloq Beniamin Matevosyan isə “vaxt gələcək Paşinyanla Əliyevin Tiranadakı görüşündə nələrin baş verdiyini aydınlaşdırmağa ehtiyac yaranacaq” deməklə Ermənistanın Azərbaycanın qarşısında növbəti dəfə geri çəkildiyinə diqqət çəkib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 May 2025 09:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri