Icma.az
close
up
RU
Paşinyan erməni kilsəsinə qarşı “Hazır olun!” ƏMRİ VERDİ

Paşinyan erməni kilsəsinə qarşı “Hazır olun!” ƏMRİ VERDİ

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan bütün ermənilərin katolikosu II Qareginə vaxt qoyub.

Gununsesi.info -nun məlumatına görə, “İravunk” qəzeti yazır ki, o, ilin sonuna qədər II Qareginin istefasına nail olmaq istəyir.

Paşinyan məqsədlərinə nail olmaq üçün dini cameə daxilində özünə tərəfdarlar tapmağa çalışır: “Məlum olur ki, hazırda baş verən sükut kilsəyə qarşı kampaniyanın dayandırılması anlamına gəlmir, əksinə, bu, ruhanilər arasında həmfikir tapa bilməməkdən irəli gəlir.

Ermənistan Baş naziri komanda yoldaşlarına tapşırıq verib ki, məzuniyyəti başa çatmamış masasına konkret faktlarla dəstək verənlərin siyahısını qoyulmalıdır ki, ilin son bayramına qədər məqsədlərinə çatsınlar”. Qeyd edək ki, Paşinyan iyulun 28-dən avqustun 15-dək məzuniyyətdədir.

“Joğovurd” qəzetində dərc edilən məqalədə isə deyilir ki, Paşinyan hələ də tərəfdarları ilə II Qareginin iqamətgahına daxil olmaq və onu vəzifəsindən kənarlaşdırmaq niyyətindən əl çəkməyib.

“Bizdə olan məlumata görə, Paşinyan komandasına bunun yoxlanılmış, 100 faiz nəticəni təmin edəcək və diqqətlə hesablanmış plana uyğun aparılmalı olduğunu söyləyib. Hakimiyyət əmindir ki, Paşinyanın katolikosu devirmək planı gec-tez həyata keçəcək, bunun üçün sadəcə səbirli olmaq lazımdır.

Baş nazir katolikosun iqamətgahına daxil olmaq üçün konkret vaxt çərçivəsini açıqlamayıb, amma deyib: “Katolikos getməyi nə qədər gecikdirsə, bizim üçün bir o qədər sərfəlidir”.

Hakimiyyətdəki mənbələrimiz əmin edirlər ki, müxtəlif siyasi qüvvələrin bunu etməmək çağırışına baxmayaraq, gec-tez katolikos könüllü istefa verəcək. Hələlik Paşinyan planının təfərrüatlarını komandasına açıqlamasa da, hamı onun əmrlərini nəfəsini kəsib gözləyir”, – qəzet bildirib.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 İyul 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see333

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see314

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see305

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see302

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see293

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see284

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see264

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see260

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see253

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see250

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see247

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see244

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see238

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see237

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see230

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see217

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see211

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see202

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see202

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri