Icma.az
close
up
RU
Paşinyan erməni kilsəsini çökdürür, Rusiyaya ağır zərbə vurur: Kreml üçün “Ukrayna ssenarisi”ndən başqa variant qalmadı

Paşinyan erməni kilsəsini çökdürür, Rusiyaya ağır zərbə vurur: Kreml üçün “Ukrayna ssenarisi”ndən başqa variant qalmadı

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Erməni kilsəsinin nəzarətindəki şəhərdə baş verənlər Rusiyanın Ermənistanda Paşinyan hakimiyyətinə qarşı qurduğu çevriliş ssenariləri üçün olduqca ciddi dönüş nöqtəsidir... 2026-cı ilin parlament seçkiləri Rusiyaya bağlı agentira şəbəkəsi üçün “son şans” olsa da, hazırda Ermənistandakı siyasi reallıq Paşinyan hakimiyyətini Ukrayna variantı ilə təhdid edən Kremlin planları üçün ümidverici deyil...

Ermənistanın siyasi məkanında yeni və həlledici mərhələ artıq başlanmış kimi görünür. Belə ki, növbəti parlament seçkiləri yaxınlaşdıqca, Paşinyan hakimiyyəti və Rusiyanın Ermənistandakı “agentura şəbəkəsi” arasında savaş daha amansız xarakter alır. Kreml Ermənistanda Paşinyan hakimiyyətini devirərək, Ermənistanı yenidən Rusiyanın regional forpostuna çevirmək niyyətində oldquca qərarlı görünür. Rusiyanın əsas dayaq mexanizmlərindən biri və erməni terrorizminin ideoloji mərkəzi olan Eçmiədzində keçirilən son bələdiyyə seçkilərinin nəticələri bu baxımdan, böyük önəm daşıyır. Çünki burada baş verənlər əslində, Ermənistanın 2026-cı ildə keçiriləcək parlament seçkilərindən sonra hansı situasiya ilə üzləşə biləcəyinin ilkin əlamətlərindən biridir.

Onu da qeyd etmək lazımdır ki, Eçmiədzindəki seçki nəticələri Rusiyanın Ermənistandakı ənənəvi təsir alətlərinin sürətlə zəiflədiyini və Kremlin bu ölkədə formalaşdırdığı “agentura şəbəkəsi”nin faktiki olaraq, məğlubiyyətə çox yaxın vəziyyətə düşdüyünü göstərir. Belə ki, erməni kilsəsi ilə savaş vəziyyətində olan hakim “Vətəndaş Müqaviləsi” partiyasının Eçmiədzin bələdiyyəsində 33 yerdən 19-nu ələ keçirtməsi Paşinyan hakimiyyətinin sosial dayaqlarının hələ də güclü olduğunu biruzə verir. Üstəlik, Ermənistanın dini mərkəzi hesab olunan bir şəhərdə belə, kilsə mərkəzli siyasi təsir mexanizmlərinin artıq əvvəlki kimi işləmədiyini təsdiqləyir. Və bu, Ermənistan daxilində dərin siyasi-ictimai struktur dəyişikliyinin simptomu olmaqla yanaşı, Paşinyan hakimiyyəti ilə erməni kilsəsi arasında uzunmüddətli amansız qarşıdurmanın real nəticəsidir.

 

Məsələ ondadır ki, Ermənistan Apostol Kilsəsi həmişə Kremlin bu ölkədəki təsir şəbəkəsinin ənənəvi “yumşaq güc” alətlərindən biri olub. Katolikosluq və onun təsiri altında olan erməni siyasi dairələri onilliklər boyu birmənalı şəkildə Rusiyanın siyasi, ideoloji və hətta təhlükəsizlik maraqlarını Ermənistan cəmiyyətində legitimləşdirən alət kimi çıxış edib.

Ancaq son illərdə baş nazir Nikol Paşinyan və katolikos II Qaregin arasında açıq qarşıdurma bu siyasi-ideoloji sistemin təməlini dağıtdı. Erməni kilsəsinin rəhbərliyinin sərt tənqidlərə tuş gəlməsi, bəzi üsyankar keşişlərin həbs edilməsi və onlara qarşı cinayət işlərinin açılması bu siyasi-ideoloji terror şəbəkəsinin artıq Ermənistan cəmiyyətində əvvəlki kimi nüfuz və təsirə malik olmadığının göstəricisidir. Eyni zamanda, Paşinyan hakimiyyətinin kadr rotasiyaları, icma birləşdirmələri, korrupsiya ittihamları fonunda aparılan “təmizlik” prosesləri Rusiyanın erməni kilsəsi vasitəsilə formalaşdırılan təsir dairəsini ciddi şəkildə daraldıb. Və bu proses nəticəsində, Kremlin Ermənistanda nəzarət etdiyi “köhnə elitalar sistemi” də artıq parçalanma mərhələsinə qədəm qoyub.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyanın israrla yürütməyə çalışdığı “mənəvi transformasiya” kursu artıq ilkin nəticələrlər verməklə yanaşı, rəsmi İrəvanın müəyyən etdiyi yeni ideoloji çərçivə Rusiyanın strateji planlarını da pozmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyətinin ölkədə tətbiq etdiyi “mənəvi transformasiya”nın çərçivəsi yalnız dini məzmun daşımır, eyni zamanda, Ermənistanı Qərb mədəni-siyasi orbitinə inteqrasiya etdirmək, erməni baş nazir üçün “mənəvi lider” obrazı yaratmaq və 2026-cı ildə keçiriləcək parlament seçkiləri öncəsində ölkədaxili siyasi situasiyanı tam nəzarətdə saxlamaq məqsədinə xidmət edir. bu siyasi-ideoloji çərçivə isə Rusiya üçün daha təhlükəlidir. Çünki Kreml uzun illər ərzində Ermənistan siyasətini məhz “ənənəvi dəyərlər–kilsə–milli kimlik” triadası vasitəsilə manipulyasiya edirdi. Və Paşinyan hakimiyyəti isə məhz bu “triada”nı nəzarətə götürərək, Kremlin əsas siyasi-ideoloji təsir alətini sıradan çıxarır.

 

Beləliklə, Paşinyan hakimiyyətinin ölkədaxili siyasi-ideoloji manevrləri nəticəsində Kremlin Ermənistandakı “agentura şəbəkəsi” artıq ağır zərbələr alaraq, sarsılmağa başlayıb. Kremlin əsas siyasi-ideoloji dayağı olan erməni kilsəsi baş verən qalmaqallar, anti-katolikos kampaniyaları və Eçmiədzin seçkilərindəki nəticələrdən sonra faktiki olaraq, təsirini ciddi şəkildə itirib. Köhnə “moskvaçı” partiyalar və siyasi qruplar indi koordinasiyasız qalıb. Onların arxasında duran Kremlin maliyyə və media dəstəyi əvvəlki kimi stabil deyil. Ermənistanın Avropa institutları ilə əməkdaşlığı, təhlükəsizlik şəbəkələrinin Qərb tərəfdaşları ilə yaxınlaşması Rusiyanın manevr imkanlarını məhdudlaşdırıb. Və Kremlin Ermənistanda təbliğ etdiyi əsas narrativlər artıq qəbul olunmur, müharibə, revanşizm və “şimalın himayəsi” ideyası erməni toplumunda ənənəvi dəstəyi tədricən itirir.

Halbuki, Kreml üçün 2026-cı ildə keçiriləcək parlament seçkiləri Ermənistanda Rusiya təsirini bərpa etməyin son “pəncərəsi” sayılırdı. Ancaq bu “pəncərə” indi getdikcə daralır. Hakimiyyət çevrilişi üçün böyük önəm daşıyan Rusiya yönümlü sosial baza zəifləyir. Kremlin arxalandığı erməni kilsəsi, radikal-revanşist millətçi qruplar və keçmiş siyasi elitalar artıq parçalanmış vəziyyətdədir. Çünki Paşinyan hakimiyyəti Rusiyaya bağlı siyasi rəqiblərinə qarşı hüquqi alətləri effektiv şəkildə işə salmağı bacarıb. Və bu, Rusiyanın Ermənistandakı ənənəvi dayaqlarını əvvəlcədən neytrallaşdırır.

 

Digər tərəfdən, ABŞ və Avropa Birliyinin Ermənistandakı siyasi proseslərə açıq marağı Rusiya üçün operativ əməliyyat riskini daha da artırır. Üstəlik, Rusiyanın Ukrayna savaşında genişmiqyaslı resurs itkiləri Kremlin regionlara müdaxilə potensialını zəiflədib. Və nəticə etibarilə, Kremlin Ermənistanda açıq və ya hibrid çevriliş ssenarisi üçün indiki situasiyada nə kadr, nə resurs, nə də sosial baza potensialı yetərli görünmür.

Göründüyü kimi, Eçmiədzin seçkiləri əslində, Rusiyanın Ermənistanda qurduğu çevriliş ssenariləri üçün olduqca ciddi dönüş nöqtəsinə çevrilməyə başlayıb. Bu seçkilərin nəticələri Ermənistanda yalnız ölkədaxili siyasi balansın deyil, həm də xarici təsir təhlükəsinin miqyas etibarilə dəyişdiyini göstərir. Və bu baxımdan, 2026-cı ilin seçkiləri Rusiyaya bağlı agentira şəbəkəsi üçün “son şans” olsa da, hazırda Ermənistandakı siyasi reallıq Paşinyan hakimiyyətini Ukrayna variantı ilə təhdid edən Kreml üçün ümidverici məzmun daşımır.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Noyabr 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri