Paşinyan erməniləri Qarabağı unutmağa ÇAĞIRDI
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Ermənistan baş naziri Nikol Paşinyan erməni cəmiyyətinin "müvəqqəti dayanacaq psixologiyası"ndan imtina etməsinin və ölkəni qəti və daimi bir vətən kimi qəbul etməsinin vacibliyini bəyan edib.
Turkustan.az xəbər verir ki, hökumət başçısının sözlərinə görə, vətən axtarışı prosesi artıq başa çatıb.
"Biz öz vətənimizi tapmışıq və bu, Ermənistan Respublikasıdır", - deyə Paşinyan vurğulayıb.
Baş nazir qeyd edib ki, keçmişə yönəlik iddialar ölkənin gələcəyinə mane olur:
"Əgər bizim şüuraltımızda daim Vana, Muşa, Qarabağa, Naxçıvana qayıtmaq ideyası olarsa, biz öz ölkəmizi sadəcə bir tranzit məntəqəsi kimi qəbul etməyə başlayacağıq".
Paşinyan həmçinin əlavə edib ki, bu cür düşüncə tərzi dövləti "keçid məntəqəsinə" çevirir, insanları təhlükəsizlik və sabitlik hissindən məhrum edir. Hökumət rəhbəri Qarabağdan köçən ermənilərə də müraciət edərək, onları Ermənistanda məskunlaşmağa və bu ölkəni özlərinin son yaşayış yeri kimi qəbul etməyə çağırıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 19 May 2026 13:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















