Paşinyan: Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında maraqlıdır.
APA Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Ermənistan regionda nəqliyyat infrastrukturunun açılmasında, o cümlədən Ermənistandan Ermənistana Azərbaycan ərazisindən, Azərbaycandan Azərbaycana Ermənistan ərazisindən keçən marşrutların, ikitərəfli ticarətin, Ermənistandan Azərbaycan vasitəsilə üçüncü ölkələrə və Azərbaycandan Ermənistan vasitəsilə beynəlxalq rabitənin və tranzit mübadiləsinin açılmasında maraqlıdır.
“Biz ardıcıl olaraq maraq və hazırlıq nümayiş etdiririk. Bütün danışıqlarımızda aydın şəkildə vurğulanır ki, biz bütün prosesləri yalnız Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası çərçivəsində görmüşük, görürük və görəcəyik”, - Paşinyan vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 16 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















