Icma.az
close
up
RU
“Paşinyan Ermənistanda bunu aradan qaldırmalıdır, yoxsa son sözü Azərbaycan ordusu deyəcək” KONKRET

“Paşinyan Ermənistanda bunu aradan qaldırmalıdır, yoxsa son sözü Azərbaycan ordusu deyəcək” KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Milli və dini dözümsüzlük, ksenofobiya milli münaqişələrin baş qaldırmasında, qarşıdurmaların yaranmasında əsas rol oynayır. Milli və irqi müstəvidə ayrıseçkilik bəzən xoçagəlməz hadisələrə səbəb olur. Uzun müddət Qərbi Azərbaycandakı soydaşlarımız ksenofobiyadan əziyyət çəkib və öz üzərlərində faşist ideologiyasının basqısını hiss ediblər. 37 il əvvəl erməni millətçilərinin başladığı “Miatsum” hərəkatınnın kökündə də, başqa millətlərə nifrət və azərbaycanlılara qarşı dözümsüzlük dayanırdı.

Erməni milli düşüncəsinin nüvəsini təşkil edən bu zərərli ideologiya münaqişənin əsasını qoydu. Bu, əslində ermənilərin faşist düşüncəsinin hadisələrə qatdığı zəhər idi. Təpədən dırnağa faşizm ideologiyasının daşıyıcıları olan erməni millətçilərinin qonşu xalqlara nifrəti, düşmən münasibəti azərbaycanlılara və türklərə qarşı növbəti hücuma rəvac verdi. Erməni faşizimin regionda başladığı müharibə illərlə davam etdi və nəticə hər kəsə məlumdur. Azərbaycanın ərazilərini işğal edən Ermənistan Qarabağı öz tərkibinə birləşdirmək istəsə də, buna nail ola bilmədi. 2020-ci ildə darmadağın edilən erməni silahlı birləşmələri döyüş meydanında məhv edildi.

Məğlubiyyətlə barışmaq istəməyən Ermənistan, müxtəlif manipulyasiyaya əl atdı. İnformasiya savaşında Azərbaycana qarşı qarayaxma kampaniyasından geniş istifadə edilməyə başlanıldı. Dünyanın ayrı-ayrı regionlarında ölkəmiz əleyhinə böhtan kampaniyası geniş vüsət aldı. Məsələnin kökündə yenə erməni düşmənçiliyi dayanır, onların hərəkətlərində faşist idelogiyasının simptomları görünürdü. Anti-Azərbaycan təbliğatı aparan erməni yönümlü Qərb mətbuatı da, ölkəmizə qarşı düşmənçilk siyasəti aparmaqdan çəkinmir. Avropanın siyasi platformalarında ölkəmizə qarşı nifrət kampaniyası hələ də davam edir. Bütün bunlar bir daha sübut edir ki, Ermənistanın azərbaycanlılara nifrəti sonsuzdur və nifrət bir neçə ilə də aradan qalxan deyil. Erməni millətçiliyinin kökündəki ksenofobiya bir millətin yalnız faciəsidir.

Bu faciə yaxın vaxtlarda da özünü bir daha biruzə verdi. Cənubi Azərbaycandan İrəvana gedən bir qrup soydaşımız şəhərin mərkəzi meydanında “Qarabağ” mahnısını oxuyub və şənləniblər. Videonun yeni il ərəfəsi çəkildiyi ehtimal olunur. Video sosial şəbəkələrdə ictimailəşdirildikdən sonra Ermənistanda geniş əks-sədaya səbəb olub. Erməniləri İrəvanın mərkəzində azərbaycanlıların necə peyda olması möhkəm narahat edib. Sonra məlum olub ki, “Qarabağ”ı oxuyan gənclər İrandan İravana gedən azərbaycanlılar imiş. Bundan sonra erməni siyasi dairələrində canlanma müşahidə olundu. Azərbaycanlıların Ermənistan paytaxtının mərkəzi meydanında həvəslə, “Anadır arzulara hər zaman Qarabağ”, oxumasına faşistsayağı reaksiya verilməsi bu millətin milli ruhunun zədələnməsinə işarədir. Hadisəni böyüdənlər dözümsüzlük nümayiş etdirməklə yanaşı, qonşu xalqa olan düşmənçiliklərindən əl çəkmədiklərini ortaya qoydular. Özlərini “ən qədim xalq” elan edən, Ermənistanı “dünya svilzasiyasının beşiyi” adlandıran faşist düşüncəli adamlar bir Azərbaycan mahnısının İrəvan küçələrində səslənməsinə niyə bu qədər sərt təpki göstərir? Bəyəm onların hər gün dinlədikləri musiqilər Azərbaycan musiqisi deyil? Oğru düşüncəli bir xalq musiqimizi, mətbəximizi, adət-ənənlərimizi asanlıqla özününküləşdirib. Folklor nümunələrimizi, milli adət ənənlərimizi erməni brendi kimi təqdim etmə nümunələrinə çox rast gəlmişik. Bu missiya yene davam edir. “Sarı gəlin”i erməniləşdirən, “Uzun dərə”ni erməni xalq mahnısı kimi təqdim edənlər başa düşmürlər ki, Sarı da , gəlin də Azərbaycan sözüdür və uzunla dərənin erməni dilinə qəti aidiyyatı yoxdur. Bu sadəcə, hər gün Ermənistanda səslənən Azərbaycan mahnılarına möhtaclıqdan xəbər verir. Hər şeydən kasad xalqın “Qarabağ”a sərt reaksiyası nədən qayanaqlanlır. Bəlkə onlar Qarabağdan birdəfəlik getmələrini həzm edə bilmirlər? Bu məsələnin kökündə dayanan çoxlu səbəblər var. Ən başlıcası isə onlara təsir edən mahnının adının “Qarabağ”, oxuyanların da məhz azərbaycanlı olmalarıdır.

Nifrətin kökündə dayanan milli ideologiyadır və onun səpdiyi düşmənçilk toxumudur. Bu, Ermənistanda milli xəstəlikdir və yoluxucu, öldürücü bəla onları tezliklə tərk edən deyil. Azərbaycanlıların şənlənməsini sosial şəbəkələrdə paylaşan Qərib Babayan artıq həbs edilib və ona qarşı ittiham da irəli sürülüb. Bilmirəm Ermənistanda azərbaycanlıları “Facebook” hesabında paylaşamağa görə hansı cəza tədbiri nəzərdə tutulub. Amma aydın olan odur ki, bu adamı ciddi cəza gözləyir. Bunu türkoloq Varujan Geqamyan da etiraf edib. Geqamyan etiraf edib ki, Babayanın həbsi üçün başqa əsaslar təqdim etmək cəhdləri var. Özünü dünyaya Cənubi Qafqazda demokratiyanın “beşiyi” kimi təqdim edən Ermənistan Babayanın həbsiylə “demokratik düşərgə”nin yalan üzərində qurulduğunu sübut etdi. Demokratlar ifşa olundu. Ermənistanda söz və ifadə azadlığından dəm vuran Paşinyan və onun komandası bir qrup azərbaycanlının mahnı oxumasına dözümsüzlük nümayiş etdirməklə ksenofobiyadan əziyyət çəkdiklərini gizlədə bilmədilər. Sülh-sülh deyib dünyaya “sülh göyərçini” kimi çağırışlar edən Paşinyan ölkəsində azərbaycanlılara və türklərə qarşı nifrəti aradan qaldırmalıdır. Özlərindən məğlubedilməz xalq imici formalaşdıranlar dəhşətli məğlubiyyətdən hələ də özlərinə gələ bilmir və bir mahnıya qarşı bu cür dözümsüzlük nümayiş etdirirlər. Bəs sülh müqaviləsindən sonra öz yurd-yuvalarına qayıdan azərbaycanlılarla necə davranılacaqlar? O, zaman son sözü Azərbaycan ordusu deyəcək.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see184

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see140

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri