Paşinyan: Ermənistanın Aİİ dən çıxarılması ilə bağlı təhdidlər səslənir
Icma.az, Apa.az saytına istinadən bildirir.
Ermənistanın Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarılması ilə bağlı təhdidlər səslənir.
“Sputnik-Armenia” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə deyib.
O bildirib ki, tarixdə ilk dəfə metropoliya Ermənistanı özünə inteqrasiya etməyə deyil, Aİİ-dən çıxarmaq niyyətində olduğunu bəyan edir.
Paşinyanın sözlərinə görə, Rusiyanın Ermənistana qarşı tətbiq etdiyi iqtisadi və siyasi məhdudiyyətlər ölkə daxilində və xaricində müəyyən dairələrin gözlədiyi nəticəni verməyib.
Baş nazir qeyd edib ki, bu, artıq üçüncü belə haldır. Onun sözlərinə görə, Ermənistan daxilində və xaricindəki bəzi qüvvələr yaranmış vəziyyətdən yalnız siyasi deyil, həm də ölkə daxilində sabitliyi pozmaq məqsədilə istifadə etməyə çalışırlar.
Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının Ermənistanın qurumda üzvlüyünün mümkün dayandırılmasının nəticələrinə dair hesabata da münasibət bildirib.
“Gözləyək, görək nə olacaq”, – Baş nazir brifinq zamanı deyib.
Baş nazir hökumətin əsas məqsədinin Ermənistanın davamlı inkişafını təmin etmək, ölkənin müstəqilliyini və suverenliyini qorumaq olduğunu vurğulayıb.
“Biz bu yolla və münasibətlərimizin şaxələndirilməsi istiqamətində irəliləyəcəyik”, – o qeyd edib.
Qeyd edək ki, Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan tərəfindən hazırlanan hesabatda Ermənistanın Aİİ-də iştirakının dayandırılmasının mümkün iqtisadi nəticələri qiymətləndirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 22 Oktyabr 2026 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















