Icma.az
close
up
RU
Paşinyan: Əsl Ermənistan 29743 kv km ərazisi ilə tanınan Ermənistandır

Paşinyan: Əsl Ermənistan 29743 kv km ərazisi ilə tanınan Ermənistandır

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Ermənistanın baş naziri Nikol Paşinyan xalqa dünənki müraciətində bildirib ki, yeni konstitusiyanın qəbulu üçün referendum keçirilməlidir.
Modern.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, əsl Ermənistan 29 min 743 kvadrat kilometr ərazisi ilə beynəlxalq ictimaiyyət tərəfindən tanınan Ermənistandır.
“Yeni konstitusiyanın ümumxalq səsverməsi ilə qəbul edilməsi vacibdir, çünki hazırkı konstitusiyanın qəbulu üçün keçirilən bütün referendumlarda legitimlik olmayıb”, - Paşinyan deyib.

O bildirib ki, yeni konstitusiyanın qəbulunun strateji məqsədi vətəndaşlığı olmayan millətin qalıq təcrübəsindən dövlət quran xalqın təcrübəsinə keçiddir.
Ermənistanın ilk konstitusiyası 5 iyul 1995-ci ildə keçirilmiş referendum nəticəsində qəbul edilib. İlk konstitusiyanın qəbulu Ermənistanın 1-ci prezidenti Levon Ter-Petrosyanın vaxtına (1991-1998) təsadüf edib.
Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunub.
Sonralar Ermənistanda konstitusiyaya dəyişikliklə əlaqədar iki dəfə referendum keçirilib. Hər iki referendum zamanı Qarabağın Ermənistana birləşdirilməsi müddəasının yer aldığı Müstəqillik Bəyannamasinə istinad olduğu kimi saxlanılıb, əl dəyilməyib.
İlk konstitusiya dəyişikliyi 2-ci prezident Robert Köçəryanın dövründə, ikinci dəyişiklik referendumu isə 3-cü prezident Serj rəhbərliyi altında həyata keçirlib.
Belə ki, 27 noyabr 2005-ci ildə keçirilən referendumla bəzi düzəlişlər edilmiş yeni konstitusiya qəbul edilib.
6 dekabr 2015-ci il tarixində keçirilmiş növbəti referendum nəticəsində yenidən konstitusiyada dəyişikliklər edilib və beləliklə də, dövlətin siyasi quruluşu yarıprezident respublikası sistemindən parlamentli respublikaya dəyişdirilib.
Ermənistan Respublikasının hazırkı Konstitusiyası preambula (ön söz) və 9 fəsildən ibarətdir.
Preambula konstitusiyanın ümumi prinsiplərini və məqsədlərini bildirir. Bu isə Ermənistanın Konstitusiya səviyyəsində qonşu dövlətə ərazi iddiası irəli sürdüyünü deməyə əsas verir.
Rəsmi Bakı hesab edir ki, Ermənistan Konstitusiyası dəyişməsə, qarşıdakı illərdə hakimiyyətə gələ biləcək hansısa “revaşist qüvvələr”ə Azərbaycana qarşı yenə ərazi iddiaları ilə çıxış etməyə səbəb verəcək.
Ermənistan konstitusiyasına görə, siyahıya alınmış seçicilərin ən az 25 faizi və referenduma qatılan seçicilərin 50 faizindən çoxu dəyişikliyin lehinə səs verməlidir. 
Baş nazir Nikol Paşinyan 2024-cü ildə tamamilə yeni Konstitusiya layihəsi hazırlamaq üçün komissiya yaratmaq barədə sərəncam imzalayıb. 
Sərəncama əsasən, yeni Konstitusiya layihəsi 2026-cı ilin sonuna qədər hazırlanmalıdır. Beləliklə, Ermənistanda konstitusiya islahatları ilə bağlı referendumun 2027-ci ildə keçirilməsi planlaşdırılır.
Ehtimal etmək olarmı, yeni Konstitusiya layihəsində rəsmi Bakının tələbi nəzərə alınacaq.
Hazırda Azərbaycanla Ermənistanın müzakirəsində olan sülh sazişi layihəsinin 17 maddəsindən 15-i razılaşdırılıb, 2-si qalıb. Bunlar aşağıdakılardı:
- Tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi;

- Avropa İttifaqının müşahidə missiyası adı altında Azərbaycanla sərhəddə yerləşdirilən başqa ölkələrin nümayəndələrinin çıxarılması.
Bununla yanaşı, Azərbaycanın Ermənistandan tələb edtiyi daha iki şərt var:
- Birincisi, Ermənistan öz Konstitusiyasını dəyişdirməlidir. Çünki Konstitusiyada Azərbaycana ərazi iddialarının yer aldığı müstəqillik Bəyannaməsinə istinad var, sənəddə keçmiş Dağlıq Qarabağ muxtar vilayəti Ermənistanın bir hissəsi elan olunur.
- İkincisi, ATƏT-in Minsk qrupunun ləğvi məsələsidir. Bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq onu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Ermənistan rəhbərliyi artıq Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıdığını bəyan edib, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıb. Qarabağ məsələsi həll olunubsa, bu halda Minsk qrupunun mövcudluğuna da ehtiyac qalmır. Yəni, Minsk qrupunun ləğv edilməsi üçün Ermənistan da Azərbaycanla birlikdə ATƏT-ə müraciət etməlidir ki, məsələyə nöqtə qoyulsun.

 
A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Fevral 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see220

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see161

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see158

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see151

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see142

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri