Icma.az
close
up
RU
Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” VİDEO

Paşinyan etiraf etdi: “Qarabağ bizim yox, bir neçə generalın idi, buğda əkirdilər...” VİDEO

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ mövzusu ilə bağlı növbəti dəfə diqqətçəkən və erməni cəmiyyətində rezonans doğuran açıqlama verib.
Bizim.Media  xəbər verir ki, sosial şəbəkələrdə yayılan və seçki kampaniyası çərçivəsində etdiyi çıxışında Paşinyan Qarabağla bağlı illərlə formalaşdırılmış erməni siyasi miflərini açıq şəkildə sorğulayıb.
Ermənistan baş naziri bildirib ki, uzun illər “torpaqları itirdik” deyə danışılır, amma həmin ərazilərin əslində necə “ermənilərə məxsus” olduğunu heç kimin izah edə bilmədiyini vurğulayıb.
Paşinyan çıxışında belə deyib:
“Deyirlər ki, torpaqları itirdik. Amma həmin torpaqlar necə bizim idi? Necə bizim idi? Xahiş edirəm izah edin: necə bizim idi?”.
O bildirib ki, Qarabağ faktiki olaraq müəyyən generalların nəzarətində olub və orada əsasən şəxsi maraqlar hökm sürüb:
“Mən həlak olanların arxasınca danışmaq istəmirəm, amma deyək ki, həmin ərazilər bir neçə generalın nəzarəti altında idi. Məsələn, orada buğda əkirdilər. Bəs bunun harası bizim idi?”.
Paşinyan daha sonra Qarabağda real həyat və dövlət quruculuğu olmadığını vurğulayıb:
“Biz orada məktəb tikmişdikmi? Uşaq bağçası tikmişdikmi? Zavod qurmuşduqmu? Orada yaşayırdıqmı? Məskunlaşma yaratmışdıqmı?… Bəs necə bizim idi? Həmin torpaqlar bizim deyildi. Bizim deyildi".
Ermənistan baş nazirinin bu açıqlamaları ölkə daxilində revanşist dairələrin və keçmiş hakimiyyət nümayəndələrinin illərlə apardığı siyasətə ağır ittiham kimi qiymətləndirilir.
 

Paşinyan faktiki olaraq Qarabağ məsələsində Ermənistan cəmiyyətinə uzun illər yanlış təsəvvürlər təqdim edildiyini etiraf edir və keçmiş hakimiyyətləri bölgəni real inkişaf etdirmək əvəzinə şəxsi və siyasi maraqlar üçün istifadə etməkdə günahlandırır.


Qeyd edək ki, Paşinyanın Qarabağla bağlı son dövrlərdə verdiyi açıqlamalar Ermənistanda ciddi daxili siyasi mübahisələrə səbəb olur. Xüsusilə Robert Köçəryan və Serj Sarkisyan komandası Paşinyanı “təslimçilikdə” ittiham etsə də, baş nazir son çıxışlarında keçmiş hakimiyyətlərin Qarabağ siyasətini sərt şəkildə tənqid etməyə davam edir. (Musavat.com)

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 May 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see391

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see301

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see282

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see267

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see262

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see256

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see252

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see250

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see248

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see235

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see211

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see210

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see210

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see208

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see207

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see207

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see201

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see197

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri