Icma.az
close
up
RU
Paşinyan ilk dəfə bu qədər əsəbləşdi Siz niyə yaşayırsınız? (VİDEO)

Paşinyan ilk dəfə bu qədər əsəbləşdi Siz niyə yaşayırsınız? (VİDEO)

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyan keçirdiyi mitinqlərin birində Qarabağdan qaçan separatçı rejimin keçmiş rəhbərlərini və ermənistanlı müxalif liderləri kəskin dildə tənqid edib. Səsucaldıcı vasitəsilə etirazçılara müraciət edən hökumət başçısı özünü "Qarabağ elitası" adlandıran şəxsləri xalqı girov götürməkdə və qorxaqlıqda ittiham edib.
Demokrat.az xəbər verir ki, separatçıların ünvanına sərt ifadələr işlədən baş nazir onların Ermənistandakı fəaliyyətinə son qoyacağını vurğulayıb:
"Qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var. Axı ümumiyyətlə nə iş var ki burada. Bunlar kimlərdir axı, gəlib mənə barmaq silkələyir, Qarabağın yalançı elitası hamınız rədd olun buradan ümumiyyətlə. Siz kimsiniz axı. Buna bax deyir Artur Osipyanam, başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız. Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz, bəli girov götürmüşdünüz Qarabağın xalqını. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər siz belə Qarabağ məsələsi qaldıransınızsa onda gedib həlak olardınız. Niyə sağsınız ümumiyyətlə. Bəs axı siz nə üçün sağsınız. Sən nə üçün sağsan ki, axı indi də gəlib 5 min nəfər qurban barədə danışırsan mənimlə ay alçaq, nə üçün sağsan. Bəs indi Şahramanyan nə üçün sağdır, hələ o birilər: indi sizin Parlamentdə deputat hesab olanlar nə üçün sağdırlar? Nə üçün həlak olmadılar? İndi isə gəlib deyirlər ki, 5 min qurban gedib. Nə üçün bəs siz həlak olmamısınız? Kim sizi qoruyub saxlayır ümumiyyətlə ay şərəfsizlər. Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, bəs Qarabağ məsələsi filan...Hamısını kökündən təmizləyəcəyəm. Vaxtında mübarizə aparardınız ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. Konkret bax bunun kimilər, ümumiyyətlə, gəlib indi burada mənə barmaq silkələməyə cəsarət etməyin ".
Paşinyan çıxışının davamında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyan və digər tanınmış siyasi fiqurların rəhbərlik etdiyi qruplaşmaları da hədəf alıb. O, müharibədə ölən minlərlə gəncin fonunda bu şəxslərin sağ qalmasını rəzalət adlandırıb:
"Robi, Serj, Kaluqatsu, Qaqonun rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü Ermənistandan kəsəcəyəm. Alçaqlar, siz nə üçün sağsınız ümumiyyətlə. Siz açıqlama verməlisiniz ki, siz nə üçün sağsınız. Hələ bir də gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub? Siz nə üçün o qurbanların içində deyilsiniz alçaqlar? İndi Osipyan deyir ki, sən gərək məni.... Sən kimsən axı, sən kimsən ki mən səni tanımalıyam?"
Baş nazirin bu bəyanatları Ermənistanda hakimiyyətlə Qarabağdan gələn revanşist qüvvələr və daxili müxalifət arasındakı gərginliyin ən pik həddə çatdığını göstərir. Nikol Paşinyanın mitinqdəki bu emosional və aqressiv çıxışı Ermənistanın daxili siyasətində krizisin və qütbləşmənin hansı həddə çatdığını aydın göstərir. Ermənistan rəhbərinin səsucaldıcı ilə kütləyə müraciət edərkən işlətdiyi ifadələr təkcə küçə ritorikası deyil, həm də ciddi siyasi mesajlar daşıyır.

Kənan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 20 May 2026 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri