Paşinyan mayın 8 də ölkədə seçki kampaniyasının başlayacağını elan edib
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Bakı, 7 may, AZƏRTAC
Mayın 8-də Ermənistanda parlament seçkiləri kampaniyası başlayacaq və hökumət üzvlərinin əksəriyyəti bu müddət ərzində məzuniyyətə çıxacaq.
AZƏRTAC xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu hökumətin bu gün keçirilən yekun iclasında deyib.“Sabahdan parlament seçkiləri kampaniyası başlayır. Mən və hökumət üzvlərinin əksəriyyəti seçki kampaniyada iştirak etmək üçün tətildə olacağıq”, - deyə o bildirib.
Hökumət başçısının sözlərinə görə, onlar üçün prioritet seçkiləri beynəlxalq demokratik standartlar ruhunda keçirmək, Ermənistan xalqının iradəsinin sərbəst ifadəsini təmin etmək və seçicilərin iradəsinə hər hansı qanunsuz təsirin qarşısını almaq olacaq.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkiləri bu il iyunun 7-nə planlaşdırılır. İndiyədək 19 siyasi güc seçkilərdə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına ərizə verib. Siyahıya əsasən, seçkilərə 17 partiya və iki partiya bloku qatılacaq. Onların arasında Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyası, həmçinin Ermənistanın sabiq Prezidenti Robert Köçəryanın Ermənistan (“Hayastan”) və Narek Karapetyanın “Güclü Ermənistan” blokları da var. Rusiyalı iş adamı Samvel Karapetyanın təsis etdiyi “Güclü Ermənistan” blokuna eyniadlı partiya, “Yeni Dövr” və “Birləşmiş Ermənilər” partiyaları daxildir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 07 May 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















