Paşinyan Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifəsindən azad etmək niyyətindədir AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanı vəzifəsindən azad etmək niyyətindədir.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Paşinyan bu vəzifəyə MTX rəhbərinin müavini Andranik Simonyanı təyin etməyi planlaşdırır.
KİV-in məlumatına görə, Paşinyan xidmətin hazırkı rəhbərinə etibar etmir və artıq uzun müddətdir ki, Abazyana verdiyi göstərişləri Simonyana da verir. MTX rəhbəri Paşinyanın siyasi göstərişlərini qeyd-şərtsiz yerinə yetirmir, onları Simonyan həyata keçirir.
Qeyd olunur ki, Abazyan Rusiyapərəst məmur hesab olunur və sistemin əvvəlki rəhbərləri kimi əsasən Rusiyada, xüsusilə Federal Təhlükəsizlik Xidmətinin Akademiyasında təhsil alıb. “O, bu səbəbdən öz vəzifəsində qalmaqda davam edir və Paşinyana onu işdən çıxarmağa icazə vermirlər”, - KİV vurğulayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Yanvar 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















