Paşinyan Musayevə görə onu işdən qovdu
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Azərbaycan Ordusunun əsgəri Nəsimi Rəhim oğlu Musayevin Ermənistan sərhədini keçməsi və sərhəddən yalnız 20 km-liyində yerləşən Şəki kəndində saxlanılması Ermənistanda müzakirələr doğurub.
Axar.az xəbər verir ki, Ermənistan hakimiyyəti sərhədlərin yüksək səviyyədə qorunmadığı, hətta sərhədi keçə bilən şəxsin ölkənin dərinliklərinə qədər irəlilədiyi, aidiyyəti qurumların isə yalnız bir evə girdikdən sonra onun barəsində xəbər tutmasına görə tənqid edilir.
Bu tənqidlər və müzakirələr fonunda bu gün Ermənistan Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini David Sanamyanı vəzifəsindən uzaqlaşdırıb.
Qeyd edək ki, Nəsimi Musayev saxlanılması barədə məlumat 1 oktyabrda yayılıb. 2 oktyabrda isə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.
N.Musayevin 26 sentyabrdan hərbi hissəni özbaşına tərk etdiyi iddia olunur.
Baxış sayı:63
Bu xəbər 05 Oktyabr 2026 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















