Paşinyan Netanyahunun qondarma soyqırımı tanıması barəsində: Maraqlarımıza uyğun deyil
Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Hurriyyet.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bugünkü brifinqdəki çıxışında İsrailin Baş naziri Binyamin Netanyahunun qondarma "erməni soyqırımı"nı tanımasının nə Ermənistan dövlətinin, nə də erməni xalqının maraqları ilə əlaqədar olmadığını bəyan edib.
Xəbər verdiyimiz kimi, dünən Netanyahu amerikalı müxbir Patrik Bet-Devidə müsahibəsində Osmanlı imperiyası dövründə törədildiyi iddia edilən qondarma "erməni soyqırımı"nı tanıdığını bəyan edib.
"Tayms of İsrael" nəşrinin yazdığına görə, müsahibinin sualına cavab verən Netanyahu deyib: "Knesset müvafiq qətnamə qəbul edib. Mən də bunu səsləndirən ilk Baş nazirəm".
Bet-Devid Netanyahudan soruşub:
— Bilirsiniz, Holokostu dünyanın 193 ölkəsi tanıyır, elə deyilmi? Bəzi ölkələrdə, əgər bunu inkar etsəniz, həbs cəzası ala bilərsiniz - bəzi ölkələrdə bir ildən beş ilə qədər. Amma “erməni və aysor soyqırımı”nı tanımayanlar üçün. “Erməni, aysor və yunan soyqırımını” tanıyacağını gözlədiyim bir ölkə olsaydı, o da İsrail olardı. Türklərin bu xalqlara qarşı törətdiyi “erməni, asurriyalı və yunan soyqırımını” niyə indiyədək tanımırsınız?
— Əslində, mən hesab edirəm ki, biz artıq etmişik, çünki Knesset bununla bağlı qətnamə qəbul edib
-— Bilmirəm, şəxsən sizdən gəlib? Şəxsən İsrailin Baş naziri bunu edibmi?
-— Bəli, indicə etdim.
Qeyd edək ki, Bet-David İrandan olan assuriyalı xristian ailəsindəndir.
Əlavə edək ki, 1918-ci ildə Cənubi Azərbaycanda ermənilərin soyqırıma məruz qoyduğu ən böyük şəhər Urmiya şəhəri olmuşdur. Bu məqsədlə ermənilər Cənubi Azərbaycanın qərb bölgəsində aysorları da özlərinə birləşdirərək 1917-ci ilin sonu, 1918-ci ilin əvvəlində silahlı dəstə yaratmışdılar.
Hürr Tərcüman


