Icma.az
close
up
RU
Menu

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Paşinyan nəyə eyham vurur?

Paşinyan nəyə eyham vurur?

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Ermənistanla Azərbaycan arasında bərqərar olan sülh və yaxın gələcəkdə mütləq baş verəcəyi gözlənilən regional nəqliyyat əlaqələrinin blokdan açılması mədənçıxarma sektorunda bizim üçün yeni imkanlar yaradacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, oktyabrın 3-də Baş nazir Nikol Paşinyan “Ermənistanın Dağ-Mədən Sənayesi” Forumunda çıxışı zamanı belə  deyib. “Mis filizinin ixracı ölkəmiz, iqtisadiyyatımız üçün böyük əhəmiyyət kəsb edir. Lakin biz Ermənistanda səmərəli mis əritmə zavodunun yaradılması sazişinin reallığa çevrilməsi üçün nə edə biləcəyimizi düşünməliyik. 

Amma bu, zəncirin sonu deyil. Çünki bundan sonra biz bu zənciri genişləndirmək barədə düşünməliyik ki, mis məhsulları və ya misin geniş istifadə olunduğu məhsulların Ermənistanda eyni sənaye sahələri və investisiyaları olsun. Çünki Ermənistanda mis məmulatlarının və ya həmin məhsulların geniş istifadə olunduğu oxşar sənaye və investisiya sahələri var. Eyni şey qızıla da aiddir. Bu da son dərəcə vacib məsələdir. Mən mineral ehtiyatlarımızın öyrənilməsi zərurətinə də toxunmaq istəyirəm, çünki bizdə olan biliklər Sovet dövründə əldə edilmiş məlumatlara əsaslanır. Əlbəttə, o dövrdə çox böyük işlər görülüb və  bunu qiymətləndirməmək olmaz. 

Lakin tədqiqat texnologiyaları da dəyişib və indi daha effektiv texnologiyalar var. Ermənistanda geoloji kəşfiyyat işlərinin yeni mərhələsinin başlanması məsələsini müzakirə etməliyik. İndi yeni istiqamətlər, o cümlədən  çox sürətlə inkişaf edən nadir torpaq metalları istiqaməti açılır və ya ən azından ona maraq çox sürətlə artır”,- deyə Paşinyan bildirib. 

Ermənistanın Baş nazirinin bu çıxışında diqqəti çəkən iki mühüm məqam var. Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya əlaqələrinin mütləq blokdan açılacağını deyir. Bununla da Paşinyan avqustun 8-də Vaşinqtonda Zəngəzurdan “Tramp marşrutu”nun açılmasına dair dair razılaşmaya sadiq qaldığına dair mesaj verir. 

Çünki son vaxtlar Ermənistan tərəfinin “Zəngəzur dəhlizi” ifadəsinə etməsi və “Tramp marşrutu”nun “yol” adlanmasının vacibliyi barədə bəyanatları bu məsələni mübahisələndirib. Görünür, Paşinyan “Tramp  marşrutu”nun yol və ya dəhliz adlanmasından asılı olmayaraq, ABŞ qarşısında öhdəliyə əməl edəcəyinə eyham vurur. 

Digər məqam Ermənistanın dağ-mədən sənayesi məhsullarının beynəlxalq bazarlara çıxışının təşkili ilə bağlıdır. Bu baxımdan, Nikol Paşinyan Ermənistanda hasil olunan mis, qızıl, almaz, sink və digər qiymətli metalların Azərbaycan üzərindən ixracını xüsusi vurğulamaqla nəqliyyat yollarının blokdan açılmasının öz ölkəsinin  iqtisadiyyatına fayda gətirəcəyinə erməniləri inandırmağa çalışır. 

Qeyd edək ki, dağ-mədən sənayesi məhsullarının Ermənistan ixracatında təxminən 40 faiz paya mailk molmaqla əsas yer tutur. 2024-cü ildə Ermənistan 77 566,9 kq qızıl ixrac edib. Lakin illik artımın azalması müşahidə olunur. Qızılın hasilatı  3,2 dəfədən 2,7 dəfəyə enib. 2024-cü ildə ixrac edilən qızılın gömrük dəyəri də 4,3 dəfədən 3 dəfəyə qədər azalaraq 5,6 milyard dollar təşkil edib. 

Ötən il Ermənistanda mis konsentratının istehsalının illik dinamikası 280,8 min ton təşkil edib. Mis istehsalının həcmi 8,4 faiz azalmadan 6,6 faiz artım arasında dəyişib. 2024-cü ildə Ermənistandan misil və qızıl filizinin əsas alıcıları Birləşmiş Ərəb Əmirlikləri, Çin, Honq-Konq, Rusiya, Cənubi Koreya, Belçika olub. Lakin Azərbaycanla nəqliyyat marşrutlarının bağlı olması yüklərin daşınması imkanlarını çətinləşdirir və xərclərin artmasına gətirib çıxarır. 

Zəngəzur dəhlizinin açılması Ermənistan məhsullarının Asiya bazarlarına və Rusiyaya daşınmasını asanlaşdıracaq. Daşıma xərclərinin aşağı düşməsi Ermənistanın dağ-mədən sənayesinə və qiymətli metallara marağı artıra bilər. Paşinyan qiymətli və əlvan metalların istehsalında müşahidə olunan azalmanı daha çox daşıma imkanlarının məhdud olması ilə izah etməyə çaılşır. Ona görə də Ermənistanın Baş naziri dağ-mədən sənayesini inkişaf etdirmək və bu sahəyə yeni texnologiyaların cəlbi üçün Azərbaycanla nəqliyyat əlaqələrini blokdan açmağı təklif edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan sülh

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Oktyabr 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see295

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see281

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see277

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see276

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see274

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see266

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see256

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see252

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see234

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see224

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see222

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see214

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see211

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see210

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see207

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see207

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see205

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see201

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see195

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri