Icma.az
close
up
RU
Paşinyan Putinlə münasibətləri istiləşdirməyə çalışır

Paşinyan Putinlə münasibətləri istiləşdirməyə çalışır

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin mətni ilə bağlı əldə edilən razılaşma barədə niyə əvvəlcə yaxın dostu Fransa Prezidenti Emmanuel Makronu deyil, ara-sıra tənqid etdiyi ölkənin – Rusiyanın Prezidenti Vladimir Putini telefonla məlumatlandırmağa qərar verib? Hiyləgər gedişdir. Birincisi, Paşinyan Rusiyanın Ukrayna müharibəsindən sonrakı planlarından narahatdır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, Paşinyan Putinlə münasibətləri istiləşdirməyə çalışır:

"Ermənistanın baş nazirinin Rusiya Prezidentinin dəvətini qəbul edərək mayın 9-da Moskvada Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə yubiley tədbirlərində iştirakını təsdiq etməsi də bununla bağlıdır. İkincisi, Nikol Paşinyan telefon zəngi məsələsində Azərbaycan Prezidenti İlham Əliyevi qabaqlamaq istəyib. Məsələ burasındadır ki, Azərbaycanın sərnişin təyyarəsi qəzasıyla bağlı Moskva Bakının istəklərini hələ yerinə yetirməyib. Belə olan halda İlham Əliyevin rusiyalı həmkarına zəng edib Kreml sahibini İrəvanla əldə edilən razılaşma barədə məlumatlandırması problematikdir. Ancaq bu zənglər Paşinyana xüsusi üstünlük qazandırmır. Sülh sazişinin imzalanması birinci növbədə Paşinyana lazımdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlaya bilsin. Ancaq onun atacağı daha iki addım var. O Konstitusiyada zəruri dəyişiklik etməli və Zəngəzur dəhlizinin açılmasını ləngitməməlidir".

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Mart 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see490

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see375

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see261

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see261

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see232

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see217

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see217

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see214

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see207

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see205

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see191

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see183

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see183

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see177

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see174

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see173

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri