Paşinyan Qarabağdan gedən ermənilərin pulunu kəsir Baş nazir “işləmək lazımdır” deyir AzPolitika onlayn siyasiictimai qəzet
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistan hökuməti Qarabağdan gedən ermənilərə yardımı aylıq 50 min dramdan(təxminən 130 dollar) 40 min drama endirib və tədricən də bu məbləğ azaldılacaq. 2025-ci ilin iyulundan yardım 30 min drama düşəcək.
“AzPolitika” xəbər verir ki, Ermənistan hökuməti noyabrın 21-də keçirilən iclasında Azərbaycanın Qarabağ bölgəsini tərk edib Ermənistan gedən ermənilərin müəyyən hissəsinin yaşayış və digər xərclərinin ödənilməsi üçün sosial yardımın göstərilməsi ilə bağlı tədbirlər və prosedurları təsdiqləyib. Həmin qərara əsasən Qarabağdan gedənlərə yardım gələn ildən başlayaraq ardıcıl şəkildə azaldılacaq.
Baş nazir Nikol Paşinyan yardımın azaldılmasını onunla izah edib ki, Qarabağdan gələnlər yardımla deyil, öz zəhmətlərilə dolanmalıdırlar: “İşləməməklə yoxsulluğa qalib gəlmək mümkün deyil. Belə çıxır ki, biz dövlət səviyyəsində insanı yoxsulluğa məhkum edirik, ona görə də bu məntiqi dəyişməliyik”.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 21 Noyabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















