Icma.az
close
up
RU
Paşinyan referenduma getməyəcək? Bakıdan MÖVQE

Paşinyan referenduma getməyəcək? Bakıdan MÖVQE

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiya Dövlət Dumasının MDB İşləri Komitəsinin sədr müavini Konstantin Zatulin Rusiya ilə Ermənistan arasında ticari-iqtisadi münasibətlərin yumşaldılması ehtimalı barədə danışıb. Onun sözlərinə görə, bu, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətdə baş verməyəcək.

Parlament üzvü vurğulayıb ki, münasibətlərdə hər hansı pisləşmə İrəvanın Moskvanın düşmənləri ilə ittifaq qurmaq siyasəti ilə bağlıdır. Zatulinə görə, "Dövri təmaslara baxmayaraq, Paşinyan hakimiyyətdə olduğu müddətdə gərginlik azalmayacaq". O, həmçinin qeyd edib ki, Rusiya Ermənistanın şantajına uymayacaq. Zatulin hesab edir ki, baş nazir uduzmaqdan qorxduğu üçün Avropa Birliyinə qoşulmaqla bağlı referendum keçirməyəcək.

Gerçəkdənmi Ermənistanda referendum yaxın zamanda keçirilsə, əhali Avropaya inteqrasiyanı yox, Rusiyanın orbitinə qayıtmağı seçəcək? Zatulin nəyə arxayındır, yoxsa bu bir təbliğat xarakterli şantajdır?

Deputat Elşad Musayev Musavat.com-a qeyd edib ki, referendumda nəticələr som parlament seçkiləri kimi ola bilər. Onun sözlərinə görə, Paşinyanın partiyasının 50 faizə yaxın səsi var və ümumxalq səsverməsində də təkrarlanması istisna deyil.

“Ancaq fərq ondan ibarətdir ki, bu məsələ daha taleyüklü qərarın verilməsidir. Ona görə həm Rusiya böyük təzyiq kampaniyasına başlayacaq, həm referendumda səsverməyə təsir göstərməyə cəhd edəcək. Eynilə Qərb də avrointeqrasiya tərəfdarlarını dəstəyi artıracaq. O cəhətdən, ağır bir səsvermə olacaq. Hətta nəticələr elan olunduqdan sonra Ermənistanda ara qarışa bilər. Sadəcə, Paşinyan referenduma getmək istəmir. Məsələ bundan ibarətdir. Ona görə də Moskva danışıqlarında hansı razılaşma olacağını gözləmək lazımdır. Bundan sonra demək olar ki, Ermənistanın növbəti addımları nə ola bilər”, - deyə deputat bildirib.

Elşad Musayev əlavə edib ki, bu ilin sonunda referendum keçiriləcəyini gözləmir: “Ermənistanı Avrasiya İqtisadi Birliyindən çıxarmaycaqlar. Amma bu qərar verilərsə, Avropa İttifaqı İrəvana dəstəyi genişləndirəcək. Rusiya bilir ki, bu qərar Ermənistanı özündən daha da uzaqlaşdıra bilər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Sentyabr 2026 09:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see382

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see375

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see290

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see257

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see249

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see248

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see244

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see241

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see229

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see228

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see217

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see206

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see203

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see199

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see197

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see190

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see189

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see189

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see186

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri